Icma.az
close
up
RU
Fars molla rejimi bölgədə sülh və və sabitliyin bərqərar olmasını istəmir

Fars molla rejimi bölgədə sülh və və sabitliyin bərqərar olmasını istəmir

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin açılması istiqamətində birgə səylərini artırdıqca İran və Rusiyanın hər vəchlə buna mane olmaq cəhdləri də getdikcə intensivləşir. Hazırda İran və Rusiya Zəngəzur dəhlizi ilə bağlı ortaq mövqedən çıxış edir. İranın ali dini lideri ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri doktor Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizi layihəsi ilə bağlı verdiyi son açıqlaması da bu fikrimizi təsdiqləyir. Görünən budur ki, cənub və şimal qonşularımızın "oyundankənar" vəziyətə düşmək qorxusu onları həqiqətən də çox ciddi şəkildə narahat edir.
Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizi ilə bağlı fikirləri ənənəvi molla təfəkkürünün "məhsul"udur. O, qərəzli mövqedən çıxış edərək bildirib ki, "bu layihə əslində nə regional inteqrasiyaya, nə iqtisadi sabitliyə, nə də xalqların rifahına xidmət edir. Əksinə, layihənin məqsədi İranı, Rusiyanı və Müqavimət Cəbhəsini qurudan mühasirəyə almaqdır". Xameneinin müşavirinin bu cür absurd açıqlaması bir tərəfdən acı istehza doğurur, digər tərəfdən isə hazırda İranı idarə edən mollaların necə məhdud, dar və həm də xəbis düşüncəyə sahib olduqlarını bir daha ortaya qoyur. Bu adamlar ən sadə bir həqiqəti anlaya bilmirlər ki, Azərbaycanın materik hissəsi ilə Naxçıvanın quru yolla (dəhliz vasitəsilə) birləşməsi Azərbaycan xalqının və dövlətinin təbii-tarixi haqqıdır. Bu həqiqəti görməzdən gəlib bizim təbii haqqımızı "İranı, Rusiyanı və Müqavimət Cəbhəsini qurudan mühasirəyə almaq" cəhdi kimi təqdim etmək molla rejiminin xain xislətini, anti-Azərbaycan və anti-Türkiyə mövqeyini açıb göstərir.
Xameneinin müşaviri sözügedən açıqlamasında hədə ritorikasından çıxış etməyi, "qırmızı xətt"dən dəm vurmağı da unutmayıb. Belə ki, o qeyd edib ki, İran sərhədlərə hərbi qüvvələr yerləşdirib və təlimlər keçirərək özünün “qırmızı xəttini” göstərib. Onun sözlərinə görə, "artıq passiv və müşahidəçi siyasət dövrü başa çatıb — Tehran qabaqlayıcı və fəal strategiyaya üstünlük verir". Bu açıqlamanı hərbi dilə çevirsək görərik, İran əslində Azərbaycanı müharibə ilə hədələyir. Lakin mollalar özləri də yaxşı bilirlər ki, hazırda İranın Azərbaycana qarşı müharibə etməyə gücü yoxdur.
12 günlük İran-İsrail müharibəsinin İran üçün fəlakətli nəticələrindən sonra mollalar durub Azərbaycana müharibə elan etsələr, özlərinə qəbir qazmış olarlar. Ona görə də, ağayi Vilayətiyə tövsiyəmiz budur ki, ağıllı olsun və bundan sonra sərsəm açıqlamalar verməsin. Çünki Vilayəti kimi gerizəkalı, qeyri-konstruktiv mövqeli mühafizəkarların təxribatçı fikirləri Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkianla birgə iki ölkə münasibətlərini səmimi qonşuluq və faydalı əməkdaşlıq müstəvisinə yönəltmək səylərinə zərər verir. Fars-molla rejimi bölgədə sülh və və sabitliyin bərqərar olmasını istəmir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 28 İyul 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see241

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see167

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see152

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see149

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri