Icma.az
close
up
RU
Faşizm, milli əlahiddəlik haylarda məfkurəyə çevrilib

Faşizm, milli əlahiddəlik haylarda məfkurəyə çevrilib

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

(əvvəli https://www.xalqqazeti.az/az/siyaset/208403-fasizm-milli-elahiddelik-haylarda-mefkureye)

Ermənilər Hitlerə aid etdikləri, amma onun demədiyi bir ifadəni işlətməyi çox sevirlər. Bu ifadə vaxtilə Paşinyanın təsisçisi və redaktoru olduğu “Haykakan jamanak” ailə qəzetinin üst başlığında yer almışdı. Qəzetdə gedən yazıda guya Hitler yəhudiləri qırmağı qərarlaşdırarkən deyib: “Türklər Birinci dünya nüharibəsi dövründə erməniləri məhv etdilər. Onlara nə etdilər ki, bizə də nəsə edilsin”. Başqa bir “mənbədə” belə göstərilir: “Nəhayət, erməni qətllərini kim xatırlayır ki? («В конце концoв кто помнит армянскую резню?». 22 avqust 1939-cu il). Daha bir erməni mənbədə bu fikir “Erməniləri Türklər qətl etdilər, onu kim xatırlayır?– kimi verilir. Göründüyü kimi, bunların fərqli “təqdimatları” Hitlerə aid edilən fikrin özünü şübhə altına alır. Almanlar birmənalı şəkildə bunu inkar edirlər: Hitler belə bir fikir söyləməyib və heç bir mənbədə buna rast gəlmək mümkün deyil. Bu, sadəcə, hayların məkrli uydurmasıdır.

Şübhəsiz ki, Hitler belə şey deməyib. Bu ifadəyə dünya tarixşünaslığında məlum erməni metodu ilə qarşıdakını şərləmək vasitəsi kimi baxılır. Əksinə, Hitlerə aid belə bir fikir mövcuddur ki, ermənilər güvəniləcək millət deyil. Yəqin, o, hayların Osmanlı dövlətinə xəyanətindən xəbərdar idi. Hətta Hitler bu ifadəni söyləsə belə, onun sözlərinin “erməni soyqırımı” adlı uydrmanın həqiqət kimi təqdim edilməsinə əsas vermir.

Dünyanın müxtəlif ölkələrinə göndərdikləri və müxtəlif üsullarla qondarma “erməni soyqırımı”nın qəbul edilməsinə nail olduqları (belə ölkələrin sayı 30-u keçib) təkliflərində Hitlerin uydurulmuş məlum ifadəsi mütləq yer alır. Məsələyə başqa bucaqdan baxsaq, Hitlerlə “erməni həmrəyliyi” milliyyətçi hay cəmiyyətinə fürerə rəğbət ruhu gətirir və hətta bu fikri söylədiyinə görə “bəlkə Hitler də erməniymiş…” deyənlər tapılır. Gerçəklik odur ki, Hitler erməni deyil, amma onun fəaliyyəti ilə ermənilərin etdikləri arasında qəribə bir yaxınlıq mövcuddur.

Ermənilərin irqçiliyi almanların ötən əsrin 20–30-cu illərindəki “milli doktrinasına” bənzəyir. Hitleri erməniləşdirmək istəyi onların faşistlərlə ortaq kimliyini ortaya qoyur. Bir az geriyə baxsaq, görərik ki, nasist düşüncənin ortaya çıxması və yayılmasında da bir oxşarlıq mövcuddur. Qədim zamanlardan erməni fəlsəfəsində və düşüncə sistemində önəmli yerə sahib olan Armenizmi (erməniliyi) erməni tarixi və mədəniyyətindən ayrı düşünmək, xristian ideologiyasının ruhunun xaricində görmək doğru sayılmayıb. Məlumdur ki, hayların hətta dinlərini irqçi düşüncəyə qurban verdikləri məqamlar olub.

Məgər Hitler yəhudiləri xristian olmadıqlarına görə öldürürdü? Alman nasizminin bir inanc sistemi vardı və onun xristianlıqla heç bir əlaqəsi yox idi. Erməni faşizmi də eynilə bu zəmində ortaya çıxmışdı. İnanclar sistemində ermənilik, ya da erməniçilik (armenizm) həmişə irqçi, nasist ideologiya ilə yüklənib və bütün tarixi dövrlərdə özünüyaşatma istiqamətində erməni milliyətçiliyinə əsaslanıb.

İfadənin mənşəyi antik Roma idarəçilərinin geniş səlahiyyətlərini simvolizə edən, ucunda balta əksi olan bir çubuq dəstəyinin adından, latınca “fasces” sözündəndir. Eyni simvol daha sonralar Fransız inqilabı əsnasında “işıqlanma” mənasında xalqın əlindəki dövlət gücünü təmsil etmək kimi istifadə edilib. Bu simvol bəzi dəyişikliklərlə 1926-ci ildən etibarən İtalyanın rəsmi dövlət simvoluna çevrilib. Simvolun üç mənası vardı: dövlət gücü, xalq mülkiyyəti və bərabərlik! Bu şüarlar faşizmin yaradıcısı Mussolininin təbliğat kampanyalarında istifadə edilib.

Faşizm diktator rejimlərini möhkəmlətmək üçün istifadə edilən ümumi bir termin olmazdan əvvəl italyan milliyyətçiliyini təmsil edən ideologiya olaraq ortaya atılıb. Ancaq onunla eyni vaxtda yaranan və falanjizm kimi cərəyanlar da məqsəd baxımından bir İtalyan ideologiyası olan faşizmə yaxın olduqları üçün onunla bağlı siyasi hərəkətlər olaraq tanınmışlar.

Bir rejimin faşist olaraq tanınması üçün o rejimin ideologiyasının milliyyətçi olması və millətin varlıq və maraqlarını hər şeydən üstün tutması gərəkdir. Bu hədəfə çatmaq üçün iqtisadiyyat üzərində möhkəm bir dövlət yumruğu tətbiq etmək, həyat tərzinin aşağı düşməsinin qarşısını almaq üçün qiymət siyasətinin tətbiqi kimi tədbirlər faşizmin əsas siyasəti olub. Faşizm siniflər arasındakı ziddiyyətləri ortadan qaldırmağı nəzərdə tuturdu. Bu istiqamətdə dövlətin əli ilə koorporativ peşələr qurulur, fəhlə ilə işəgötürən arasında müqavilə təmin edilirdi. Cəmiyyətdəki yoxsul və orta sinfin ehtiyacları dövlət tərəfindən ən yüksək səviyyədə qarşılanırdı. Məsələn, Almaniyada çıxan torpaq qanunu ilə kəndlilərin torpaqlarının ipoteka yolu ilə əllərindən alınmasına son qoyuldu və sərmayəçilərin kəndlini istismar etməsi əngəlləndi.

Milliyyətçi və ya irqçi fikirlərin mənimsənilməsi ölkələrə görə fərqlidir. Məsələn, italyan faşizmində “İtalyan vətəndaşlığı” anlayışı ön planda ikən, alman nasizmində “Alman qanı daşıma” düşüncəsi ön plandadır. Mussolininin doktrinasında vətəndaşlıq anlayışı vurğulanır, Hitlerin doktrinasında isə qan bağı vurğulanır. İtalyan faşizmi milliyyətçidir, alman nasizmi isə irqçidir.

Erməni faşizmi italyan faşizminə deyil, alman faşizminə daha yaxındır. Hitlerin “ali irq dövləti” anlayışı Ermənistanda eyni anlama gəlir. Bu gün Ermənistanda bir nəfər də olsun başqa qövmdən olan millət yoxdur. Ermənistan monoetnik dövlətə çevrilib. Faşizm odur ki, bütün sevmədiklərinin ya fiziki məhvinə nail olur, ya da onları köləyə çevirir. Ermənistanda az sayda yaşayan xalqlar, deyək ki, yezidilər (yezidi kürdləri) əldə oyuncaqdır. Dövlət onlarla istədiyi kimi rəftar edir. Hitlerin faşist “Yeni nizam” anlayışı ilə Njdenin “Tsexakron”u arasında heç bir fərq yoxdur. Alman faşizmi əmr edir: “Harda yəhudi görsən öldür”, erməni faşizmi isə “harda Türk görsən öldür, o sənin bioloji varlığın üçün təhlükədir” prinsipi ilə davranmağı tövsiyə edir.

Müasir erməni cəmiyyəti irqçi düşüncədən uzaqlaşıbmı? Revanşizm meyllərindən imtina edibmi? Ermənistanda gedən prosesləri incələyərkən heç nəyin dəyişmədiyi qənaətinə gəlirsən…

Ötən il aprelin 25-də İrəvanda “Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin açılması ermənilərin əsl xislətinə bir daha işıq salmış oldu. Paşinyan bu olayla bağlı demişdi ki, guya onun bu abidənin hazırlanmasından xəbəri olmayıb. Azərbaycan Xarici İşlər Nazirliyi abidənin Ermənistanın aidiyyəti dövlət qurumlarının icazəsi və təsdiqi ilə hazırlanması, habelə açılış mərasimində hakim partiyanın üzvü olan Ermənistan merinin müavini və digər rəsmilərin iştirak etməsini rəsmi İrəvanın terrorçuluq siyasətinin təşviqi, tarix boyu həyata keçirdiyi terror əməllərinin təbliğatı kimi qiymətləndirib. Rəsmi Ankara da terrorçuluğun təbliğini kəskin pisləmişdi. Abidənin götürülməsi tələbləri Paşinyan hakimiyyəti tərəfindən qulaqardına vuruldu. Açılışdan təxminən bir ay əvvəl Türkiyə və Ermənistan milli futbol komandaları arasında İrəvanda keçirilən oyun zamanı erməni azarkeşlər “Nemezis” yazılmış pankartı stadionda nümayiş etdirmiş, bununla revanşist mesaj vermişdilər. Bundan da Paşinyanın xəbəri yoxdur? Qəribəsi budur ki, bütün bu anormal addımlar Türkiyə ilə münasibətlərin guya normallaşma xətti götürüldüyü, hətta sərhəd qapısının təmirinə 72 min dollar vəsait ayrıldığı barədə Ermənistan hökumətinin mövqeyi ilə paralel davam etdirilir. Amma İrəvandakı beynəlxalq idman yarışında Azərbaycan bayrağının yandırılması, həmçinin Türkiyə bayrağına həqarət edilməsi, eyni zamanda, saxta “soyqırımı” yürüşündə ölkələrimizin bayraqlarına od vurulması rəsmi İrəvanın revanşistlərin əlində girov olduğu qənaətini yaradır.

(ardı var)

Qafar ÇAXMAQLI
“Xalq qəzeti”nin Türkiyə müxbiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Dekabr 2024 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri