Icma.az
close
up
RU
Faşizm, milli əlahiddəlik haylarda məfkurəyə çevrilib

Faşizm, milli əlahiddəlik haylarda məfkurəyə çevrilib

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Revanşizm erməni irqçi düşüncəsinin tərkib hissəsidir

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya televiziyasına müsahibəsi son günlər Ermənistanda əsas müzakirə mövzusu olaraq qalmaqdadır. Qəribədir ki, bu müzakirələrə daha çox radikal qüvvələr, revanşist kəsim qoşulub. Prezident haqlı olaraq Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer aldığı müddəaların çıxarılmasının şərt olduğunu bildirib. Müsahibədə sülh prosesi ilə bağlı Azərbaycanın mövqeyi açıq şəkildə ifadə edilib.

Ermənistan həqiqətənmi sülh istəyir? Elə isə nə üçün silahlanmanı davam etdirir? Azərbaycanın ərazi bütövlüyü bərpa olunmuşdursa, ATƏT-in Minsk qrupuna nə ehtiyac var? Ermənistan bu qurumun ləğv olunması ilə bağlı Bakının təklifini niyə qəbul etmir? 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda nəzərdə tutulan öhdəlikləri nə üçün yerinə yetirmir? Azərbaycanın Qərb bölgələrini Naxçıvana bağlayacaq maneəsiz keçid hələ də Ermənistanın tərsliyi üzündən açılmayıb, kommunikasiya xətləri qapalı qalır. Bu məsələləri həll etmək əvəzinə Ermənistan hakimiyyəti öz nəzarətində olan revanşist ünsürlərin Azərbaycana qarşı böhtan yağdırmalarına start verib.

Son günlərin olayları göstərir ki, erməni cəmiyyətində revanşizm meyilləri daha da artmaqdadır. Azərbaycana qarşı düşmənçilik siyasəti dövlət ideologiyası səviyyəsində aparılır. Bunu təsdiq edən çoxsaylı faktlar var. Ermənistan irqçi düşüncənin hakim olduğu dövlətdir və heç zaman güvəniləcək ölkə olmayıb. Erməni cəmiyyəti irqçi düşüncənin əsirliyindən xilas olmaq yerinə onun mövcud iqtidarı manipulyativ gedişlər edir, aldadıcı manevrlərlə həm ictimaiyyəti, həm də dünyanı aldatmaq cəhdləri edir. Erməni yazıcı və ictimai xadim Vahe Avetyan da erməni cəmiyyətinin nə dərəcədə irqçi olduğunu ifadə edərkən çox haqlı idi. Ona verilən “Siz nasistsinizmi?” sualına belə cavab vermişdi: “Əlbəttə! Mən Ermənistanda doğuldum, orada böyüdüm, məni ermənilər tərbiyə etdilər. Başqa cür necə ola bilər ki?..”

Erməni faşizmi, milliyyətçi düşüncə bu ölkədə ənənə olaraq davam etdirilir. Bu gün erməni cəmiyyətində nə dəyişib ki, biz nə vaxtsa Azərbaycan torpaqlarının ermənilərə “aidliyi” iddialarının ortaya atılmasının şahidi olmayaq. Məgər yaxın və uzaq keçmişdə belə xəyanətlərlə az rastlaşmışıq? Belə bir qonşu ilə müəyyən şərtlər daxilində anlaşmaya getməyimiz təbii haqqımız deyilmi?!

Erməni dissidenti, “Tsexakronutyun” partiyasının başçısı Şant Harutyunyan telemüsahibəsində muasir erməni cəmiyyətində ideoloji dəyişikliklərdən danışmış və erməni millətinin bir çox mənəvi dəyərlərinin deqradasiyaya uğradığından şikayət etmişdi. “Mənəvi dəyər” deyəndə keçmiş dissident hay milliyətçiliyini nəzərdə tutur və erməni xalqının “nifrətinin yetərsizliyindən“ şikayətlənir. O, qurduğu partiyanı Njdenin faşist ideologiyasına söykənən, bu ad altında qaranlıq keçmişi olan terrorçuları topladığına görə öyünür. “Mənəvi dəyər” deyincə, erməni milliyətçiləri türklərə qarşı mübarizəni nəzərdə tuturlar. Onlar üçün o kəslər dəyərlidir ki, bu “mübarizədə” iştirak edib, adam öldürüb və “qəhrəmana” çevrilib. “Mənəvi dəyər” bu gün Ermənistanda cəllad Andranik Ozanyandır, Njde, Dro, Teyliryan, Monte Melkonyan kimi terrorçulardır.

Tsexakronizmin təməl prinsipi nə idi? Başqalarına nifrət! Xüsusən ona qucaq açan, yer verən, himayə edən qonşularına... Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq Njdenin irqçi düşüncəsi hər şeydən öndədirsə, bu cəmiyyət sağlamlaşa bilərmi?!

Bu düşüncədəyik ki, erməni irqçi düşüncə tərzini dəyişdirmək çox çətin olacaq. Çünki yüz illər boyu bu sistemin inkişaf trendi müəyyən qanlı ənənələr üzərində qurulub. Həmin ənənələr milliyyətçi erməni təşkilatlarının yön verməsi ilə, siyasi və ictimai, hərbi proseslərlə dəstəklənib, terror bu millət üçün müəyyən məqsədə çatmaq üçün vasitəyə çevrilib, partiyalarının proqramlarında yer alıb. Paşinyan hakimiyyəti və onun partiyası da bu ənənədən imtina etmək gücündə deyil, onu davam etdirmək məcburiyyətindədir. Bu gün ölkə silahlanırsa, ABŞ, Fransa və Hindistan kimi ölkələrdən hücum silahları alırsa, onun adını nə qoyurlarsa qoysunlar, bunun Azərbaycana qarşı olduğu heç kimdə şübhə doğurmur. Bu, revanşizmin dirçəlməsi elementlərindən biri deyilmi?!

…Bir neçə il əvvəl ermənilər faşist Qaregin Njdeyə İrəvanda heykəl qoydular. Açılışını o vaxtkı prezident Serj Sarkisyan etdi. Sarkisyanın başçılıq etdiyi respublikaçılar partiyasının ideoloji əsası Njdenin Tsexakronizm təlimi üzərində qurulub. Rusiya bu faşistə heykəl qoyulmasına etiraz etdi. Bəyanat verdi, bu faşistin alman nasistləri ilə əlaqələri ortaya çıxarıldı. Azərbaycan heykəlin götürülməsini tələb etdi, Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə bu məsələdən danışdı. Amma heykəl götürülmədi. Paşinyan da alman faşistləri ilə əməkdaşıq etmiş bu şəxsin heykəli önünə çiçək qoydu, tez-tez bu faşistdən misallar çəkir, onu “erməni millətinin qəhrəmanı” adlandırır.

Njdenin “Tsexakron” təliminin Hitlerin “Yeni nizam” anlayışı ilə eynilik təşkil etdiyini Paşinyan çox gözəl bilir. Onun həbsdən “erməni ziyalılarına” yazdığı müraciəti əzbər bildiyini etiraf edir.

Njdenin yaratdığı və bu gün də erməni cəmiyyətinin ideoloji lokomotivi rolunu oynayan Tsexakronizm özündə nəyi ehtiva edir? Tsexakron təliminin açıqlaması aşağıdakı kimidir: “Mən öz soyumu (tsex) bilirəm, öz nəslimə güvənirəm, mənim soyum Allaha daha yaxındır, ali irqdir, cismimdə Tsexarakonu (soy+din) daşıyıram”. Bu cəhətlər Tsexakronu faşizmlə eyniləşdirir. Müasir dövrün qatı erməni faşisti Zori Balayan Qarabağda bir hay toyunda görün nə deyib: “…Allah Qarabağı qoruyacaqdır, çünki Allahın özü də erməni və qarabağlıdır”. Bu, artıq faşizmdən də betər bir şeydir. Sələfi Njde erməni soyunu “ari irq” sayır, çağdaş faşist Balayan isə Allahın da erməni olduğunu iddia edir.

Nasistlərlə ermənilər, özəlliklə daşnaklar arasında əməkdaşlığın ideoloji zəmini 1930-cu illərdə qoyulub. Almaniyanın o zamankı İşğal Edilmiş Şərq Torpaqları naziri Alfred Rozenberq 1926–1936-cu illərdə Berlin Şərqşünaslıq İnstitutunda çalışmış milliyətcə erməni Artaşes Abeqyana hayların antropologiyasının və tarixini araşdırmaq üçün bir komitə qurmağı tapşırmışdı. Təbii ki, bu fürsəti ermənilər əla dəyərləndirdilər. Dərhal hesabat verildi ki, onlar almanlarla eyni irqdən gəlirlər. Komitənin qurulmasından beş ay sonra, 1934-cü ildə Rozenberq Hitlerə ermənilərin almanlarla eyni irqdən – ari irqdən gəldiyini “təsdiqləyən” bir hesabat təqdim edir. O illərdə Hitlerin ətrafına çoxlu erməni toplaşmışdı və 10 minlik erməni hərbi legionunu yaratmaq ideyası ortaya çıxmışdı. “Hayastan” adlı qəzetin hər nömrəsində fürer təbliğ olunurdu. Həm də ermənilərin dostu, xilaskarı kimi.

(ardı var)

Qafar ÇAXMAQLI,
“Xalq qəzeti”nin Türkiyə müxbiri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Dekabr 2024 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri