Icma.az
close
up
RU
Faşizm üzərində qələbə Azərbaycana asan başa gəlməyib

Faşizm üzərində qələbə Azərbaycana asan başa gəlməyib

Icma.az bildirir, Reyting.az portalına istinadən.


“İkinci Dünya Müharibəsində Faşizm üzərində Qələbənin əldə olunmasında Azərbaycan xalqının böyük əməyi olub. Xalqımız Qələbənin əldə olunması üçün 600 mindən çox oğul və qızını cəbhəyə yola salıb. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, xalqımızın əsl qəhrəmanlıq nümunələrini dünyaya nümayiş etdiriblər. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 123 nəfərin Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfərin isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülməsi də bunun sübutudur”.

Bunu Azərbaycan Sosialist Hərəkatının sədri Ədalət Abdinov İkinci Dünya Müharibəsinin başa çatması və Faşizm üzərində Qələbənin 80-ci il dönümündən danışarkən “Reytinq” qəzetinə deyib.
Ə. Abdinov bildirib ki, xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər:
“Qəhrəman azərbaycanlılar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında, Berlin uğrunda döyüşlərdə yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya Müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir”.
Müsahibimiz qeyd edib ki, qələbə Azərbaycan xalqına asan başa gəlməyib: “Yüz minlərlə həmvətənimiz, oğul və qızlarımız bunun üçün canlarından-qanlarından keçiblər. İkinci Dünya Müharibəsində həlak olan 57 milyon insandan 27 milyonu sovet vətəndaşları idi ki, onların arasında Azərbaycandan cəbhəyə gedən 300 mindən çox soydaşımız vardı. Onlar el-obalarının hüdudlarından uzaqlarda mərdliklə, fədakarcasına vuruşaraq, həm də doğma Azərbaycanı faşizmdən mərdliklə qoruyublar”.
Abdinov xatırladıb ki, Azərbaycanın qələbəyə töhfəsi təkcə ön cəbhə ilə məhdudlaşmayıb: “Xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl əzmkarlıq nümayiş etdirib. İkinci Dünya Müharibəsində qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. Müharibənin başlandığı ilk gündən Bakı neftçiləri əzmkarlıq göstərərək gecə-gündüz çalışaraq, cəbhənin və iqtisadiyyatın bütün sahələrini yanacaqla təmin edirdilər. Təkcə bir faktı xüsusi olaraq qeyd etmək yerinə düşər ki, dənizdə, quruda və havada sovet ordusunun üstünlük qazanması və tarixi əhəmiyyətli strateji əməliyyatları məhz Bakı neftçilərinin əvəzsiz xidmətləri sayəsində mümkün olub. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Müharibə illərində Azərbaycan alimləri tərəfindən yüksək oktanlı aviasiya yanacağının kəşf olunması amili də xalqımızın qələbəyə verdiyi əvəzsiz töhfələrdən biridir. Sovet aviasiyası məhz bu yanacağın hazırlanmasından sonra cəbhədə düşmənə ağır zərbələr endirməyə müvəffəq oldu.
Bakıda müharibənin ilk günündən cəbhəni vaxtlı-vaxtında neft və neft məhsulları ilə təmin etmək üzrə aparılan işlər daha da genişlənirdi. Neftçilər, sözün əsl mənasında, möcüzələr yaradırdı. Nikolay Baybakov Bakı neftçilərinin qəhrəmanlığını belə xarakterizə edirdi: “Onlar dəbli ayaqqabılarını çıxarıb, kirz çəkmələr geydilər. Bəzəkli şlyapalarını bir qırağa atıb başlarına qulaqlı, ağır papaq keçirdilər. Qadınlar heç bir işdən qorxmurdu. Hətta buruq qazma işlərində də çalışırdılar!”
Azərbaycanın paytaxtı SSRİ-nin Şərq rayonlarında “İkinci Bakı”nın yaradılmasında olduqca vacib, müstəsna rol oynadı. Azərbaycan neft sənayesinin bütün istehsal-texniki və intellektual potensialı həmin bölgələrdəki yeni yataqların mənimsənilməsinə səfərbər edildi. Ən qısa müddətdə, cəmisi bir neçə həftə ərzində, respublikanın neftçıxarma kadr və texniki-istehsal potensialının həlledici hissəsi, 12 min nəfərdən çox ixtisaslı neftçi kadrı, on min tonlarla neft sənayesi avadanlıqları Bakıdan ölkənin Şərqinə yola salındı. Ümumilikdə 1941-1945-ci illərdə SSRİ-nin neft sənayesi 110 milyon ton neft hasil etmişdi ki, onun da 75 milyon tonu Azərbaycanın payına düşmüşdü”.
Neftdən əlavə Bakının yerli sənayesi də müharibənin gedişində ölkənin sənaye məhsullarına olan tələbatının ödənilməsində tarixi xidmətlər göstərib. Abdinovun sözlərinə görə, digər faktlar da Azərbaycanda xalq təsərrüfatının müharibə illərindəki fədakar əməyindən xəbər verir:
“Müharibə illərində respublikanın müəssisələri 1419 min ədəd şinel, 4227 min dəst yay geyimi, 3097 min alt paltarı,1977 min cüt çəkmə, 1417 min patron çantası,1468 min dəst trikotaj istehsal etmişdi.1941-1945-ci illərdə Azərbaycan xalq təsərrüfatından orduya 5457 yük, 371 minik maşını və 301 digər avtomobil səfərbər edilmişdir. Bu Qələbə bizim şərəfli keçmişimizin göstəricisidir.
İkinci Dünya Müharibəsində Azərbaycanın xidmətlərini yüksək qiymətləndirən, SSRİ neft və qaz sənayesinə başçılıq etmiş N.Baybakov hesab edirdi ki, Bakı “Qəhrəman şəhər” adına layiqdir, amma təəssüflər olsun ki, o vaxtkı SSRİ rəhbərliyi bu addımı atmadı”.
E. KAMAL
Reyting.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://reyting.az
archiveBu xəbər 30 Aprel 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri