Qırğızıstan Milli Bankı faşizm üzərində Qələbənin 80 illiyi münasibətilə gümüş sikkə buraxıb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 28 aprel, AZƏRTAC
Qırğızıstan Respublikasının Milli Bankı Faşizm üzərində Qələbənin 80 illiyi münasibətilə gümüş kolleksiya sikkəsini dövriyyəyə buraxıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Qırğızıstanın Kabar agentliyi məlumat yayıb. Bildirilib ki, “Böyük Qələbənin 80 illiyi” sikkəsinin üz tərəfinin əsas süjetini bayram salamı formasında stilizə edilmiş “80” rəqəminin təsviri təşkil edir. Sikkənin yuxarı hissəsində ulduz təsvir edilib. Aşağı hissədə lentlə haşiyələnmiş qırmızı qərənfillərdən ibarət buket təsviri verilib. Sikkənin ətrafında “Böyük Qələbənin 80 illiyi” yazısı var.
Sikkənin arxa tərəfinin mərkəzində sülh və azadlığı simvolizə edən göyərçinlər fonunda “2025” və “1945” yazısı ilə haşiyələnmiş Qırğız Respublikasının gerbi təsvir edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 28 Aprel 2025 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















