Fatih Terim yenidən Səudiyyə Ərəbistanına qayıdır
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
72 yaşlı türkiyəli futbol mütəxəssisi Fatih Terim Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu ilə razılığa gəlib.
İdman.biz Türkiyə KİV-ə istinadən xəbər verir ki, “Əl-İttihad” fransız Loran Blanla yollarını ayırandan sonra F.Terimlə danışıqlara başlayıb.
Tərəflərin qısa zamanda razılığa gəldiyi bildirilir.
Məlumata əsasən, Fatih Terim gələn həftə ərzində Səudiyyə Ərəbistanına yollanaraq klubla 1+1 illik müqavilə imzalayacaq. Onun üçün təntənəli təqdimat mərasiminin keçiriləcəyi də qeyd olunur.
Qeyd edək ki, Fatih Terim sonuncu dəfə Səudiyyə Ərəbistanının digər klubu “Əl-Şəbab”ı çalışdırıb.

Fatih Terim Fənərbaxçanın futbolçusunu Səudiyyə Ərəbistanına aparır
02 Yanvar 2025 15:54
Tokayev Səudiyyə Ərəbistanına gedib
03 Dekabr 2024 21:25
Bayramov Səudiyyə Ərəbistanına getdi
26 Fevral 2025 10:26
Barselona dan Səudiyyə Ərəbistanına
20 Yanvar 2025 12:48
Ərdoğan Səudiyyə Ərəbistanına gedib
11 Noyabr 2024 10:48

