Icma.az
close
up
RU
Fatimə sübut etdi ki, əlillik uğura gedən yolda əngəl deyil Video

Fatimə sübut etdi ki, əlillik uğura gedən yolda əngəl deyil Video

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Bir qız düşünün... Həyat eşqi sönməyən, daim irəliyə can atan... Həyatın əngəli belə ona əngəl yaratmayan qız. Mən ona gülən qız deyərdim. Başına gələnlər onun həyatını dəyiş də, heç vaxt üzündə bir məyusluq, qəmginlik əsla görməzsiz, həmişə gülür. Ömrünün ən dəhşətli anları, sizin gözünüzdə bir damla yaşa səbəb olsa da, o, öz məğrurluğunu qoruyaraq, həyata gülərək baxır....

Fatimə Cəfərova əlliyi olan minlərlə şəxsdən sadəcə biridir. Amma həyatla daim mübarizə aparır. Ayaqlarındakı problem belə onun həyatla ayaqlaşmasına əngəl törətmir. Deyir, insanın əngəli onun bədənində olan hansısa çatışmazlıq deyil. Əngəl sadəcə olaraq onun ailəsi ola bilər. Hansısa bir uğura imza atmaq üçün insanın güclü dəstəyə ehtiyyacı olur. Fatimənin həyatdakı ən böyük dəstəkçisi isə elə ailəsi olub. Daim onun arxasında dağ kimi dayanan atası Cəfər bəy, hər addımını dəstəkləyən onun yol yoldaşı olan anası Məhəbbət xanım…

Fatimə deyir ki, bir uğura imza atmaq üçün sadəcə istəmək və mübarizə aparmaq kifayətdir. Hər şeydən bixəbər, gözlərindəki kədəri üzündəki təbəssümə gizlədən Fatimənin həyat hekayəsi, elə  həyatla mübarizəsi də belə başlayır. Bir-birinin ardınca atdığı qətiyyətli addımlar onu uğura aparır. O bir gün deyil, həyatı boyunca ümidin, sevginin, mərhəmətin, gücün adı oldu...

Fatimənin həyatla savaşı doğulduğu gündən başlayıb. Naxçıvan şəhərində 6 aylıq doğulan qızcığaz uzunsürən müalicələr sayəsində həyata tutunub. İstər paytaxtda, istərsə də, ölkədən kənarda aparılan saysız hesabsız müalicələr Fatimənin ayaqlarına dərman olmayıb. Qaçmağı, gəzməyi çox sevən balaca qızcığaz iki təkərli bu ömür-gün yoldaşına məhkum olub. Amma bu da heç vaxt onun həyatına mane yaratmayıb. Məktəbə getməyi, oxumağı, sosiallaşmağı çox sevdiyi üçün təhsildən yayınmayıb.

Hətta 2018-ci ildə məktəbi müffəviqiyyətlə başa vurub və eyni ildə BDU-nun Sosial Elmlər fakültəsinin psixologiya bölümünə daxil olur. Fatimə universitet dövründə hər zaman xüsusi diqqət və qayğıya ehtiyyacı olan insanların dəstəkçisi olan Leyla xanım Əliyevanın diqqətindən də öz payını alıb. Leyla xanım Fatimənin təcrübə və gələcək planları ilə yaxından maraqlanıb. 2023-cü ildə BDU-nu məzun olaraq fərqlənmə diploma ilə bitirir və fəaliyyətinə onlayn davam edir. Əlilliyi olduğu üçün özü kimi insanlara işıq qapısını aşılamaq və cəmiyyətə inteqrasya etməyə çalışır. Həyatın hər şeyə rəğmən gözəl olduğunu anlatmaq istəyir. Fəaliyyəti dövründə 2024-cü ildə müəlliməsi professor Kamilə Kazımova ilə birlikdə “okp” adlı seminar, 2025 ci ildə “fobiyaların yaranma səbəbləri və aradan qaldırılmasının metodları” adlı seminarların müəllifi olub. Fatimə bir daha sübut etdi ki, bu həyatda əlillik uğura gedən yolda əngəl deyil ...






Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Noyabr 2025 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see174

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see144

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see142

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see130

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see128

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see125

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri