Icma.az
close
up
RU
Fazil Mustafa: “Ölkə başçısının Çinə səfəri ilin ən önəmli hadisələrindəndir

Fazil Mustafa: “Ölkə başçısının Çinə səfəri ilin ən önəmli hadisələrindəndir

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Çin Xalq Respublikası ilə əməkdaşlığımızın bu dərəcədə yüksək səviyyədə olması sevindiricidir. Çin dünyanın iqtisadi, siyasi, hərbi, texnoloji güc mərkəzlərindən biri kimi Azərbaycan üçün vacib ölkədir. Bu mənada Ölkə başçısının Çin Xalq Respublikasına gerçəkləşən rəsmi dövlət səfəri cari ilin önəmli hadisələrindəndir”. - Bu sözləri açıqlamasında Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib. Onun sözlərinə görə, biz bölgənin lider dövləti olaraq bu prosesləri daha da irəli götürməyi düşünürük:
"Ölkə Prezidentinin Çinə səfəri və yüksək səviyyədə qarşılanması onu göstərir ki, Çinin Azərbaycana marağı xüsusi əhəmiyyət kəsb edir. Çin bizimlə müəyyən platformalarda həm siyasi, həm də hüquqi sahədə əməkdaşlıq etməyə həmişə hazır olduğunu göstərir və bu əməkdaşlıq hər zaman yüksək səviyyədə inkişaf etməyə davam edəcək".

Deputat qeyd edib ki, Çin ilə vizasız rejimin tətbiq olunması böyük bir irəliləyişdir: “Dünyanın ən çox turist göndərən ölkələrindən biri kimi hər il on milyonlarla çinli turist xarici ölkələrə səyahət edir. Bu axının bir hissəsini Azərbaycana yönləndirmək artıq reallığa çevrilir. Bu da ölkəmizdə turizm sektorunun inkişafına təsir etməklə yanaşı, bütövlükdə iqtisadiyyatın fərqli sektorlarında əməkdaşlıq üçün də yeni imkanlar açacaq. Vizasız səyahət imkanlarının yaradılması iki ölkə arasında qarşılıqlı etimadın və əməkdaşlığın dərinləşməsinə, eləcə də, iqtisadi və mədəni əlaqələrin genişlənməsinə də mühüm töhfə vermiş olacaq. Çin bu gün dünyanın ən aparıcı dövlətidir. Çin iqtisadi gücünə görə artıq Amerika Birləşmiş Ştatlarını da üstələmək ərəfəsindədir. Bu baxımdan Çin ilə bu səviyyədə əməkdaşlıq bizim üçün çox önəmlidir".

Deputat iki ölkə arasında bağlanmış əməkdaşlıq müqavilələrinə toxunaraq qeyd edib ki, səfərin diqqətçəkən nəticələrindən biri də Çinin Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhəri ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulmasıdır. Qədim İpək Yolunun mühüm mərkəzlərindən biri olmuş Urumçi ilə Naxçıvanın qardaşlaşması, əslində keçmişdə mövcud olmuş tarixi əlaqələrin yeni formatda bərpasıdır. Bu münasibətlər Naxçıvanın iqtisadi inkişafının sürətləndirilməsinə müsbət təsirləri ilə yanaşı Azərbaycanın bu qlobal layihədə daha aktiv, daha mərkəzi rola malik olmasına da imkan yaradacaq.

Millət vəkili onu da qeyd edib ki, səfərin Çinin Zəngəzur dəhlizi istiqamətində müəyyən töhfələr vermək imkanlarını da nəzərdən qaçırmaq olmaz. “Prezidentin müsahibəsində də Azərbaycanın cəlbedici tərəfi daha çox diqqətə çatdırılır. Azərbaycanla əməkdaşlıq bütün hallarda Çinin də maraqlarına tam uyğundur. Hər şeydən əvvəl Avropaya Çin mallarının Azərbaycan vasitəsi ilə daşınması üçün sərf olunan müddət əhəmiyyətli dərəcədə azalır. 12 günə qədər müddətdən söhbət gedir. Halbuki, Çin üçün bu müddət 17-18 günə gəlib çıxır. Azərbaycan üzərindən bu yol daha qısa və rahat gerçəkləşə biləcək bir vəziyyət yaradır. Çin də öz növbəsində Zəngəzur dəhlizinin açılmasına mane olan dairələrə, xüsusən də Ermənistan və onun havadarları rolunda çıxış edən dairələrə təsir göstərə biləcək ölkələrdən biri olaraq bu istiqamətdə müəyyən addımlar ata bilər. Bu o deməkdir ki, Azərbaycanla Çinin “Zəngəzur modeli” üzrə yaxın perspektivdə birgə strateji əməkdaşlıqda ortaq maraqlar birləşdirir. Hesab edirəm ki, bu istiqamətdə bundan sonra əməkdaşlığın faydalarını görə biləcəyik.

Ümumiyyətlə, bu səfər Azərbaycan-Çin münasibətlərinin strateji səviyyədə inkişaf etdiyinin nümayiş etdirməklə yanaşı, iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi baxımından da yeni səhifənin açılması deməkdir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 Aprel 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri