Icma.az
close
up
RU
Fazil Mustafadan xəbərdarlıq: geri qalırıq, çünki elmə yox, şouya baxırıq

Fazil Mustafadan xəbərdarlıq: geri qalırıq, çünki elmə yox, şouya baxırıq

Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı cəmiyyətin gündəmini sərt tənqid edib.

Komitə sədri çıxışında qeyd edib ki, müasir ordu yalnız savadlı mütəxəssislərlə qurula bilər və bunun üçün güclü təhsil və universitet sistemi vacibdir:

“Ordunun əsas bazası savadlı insanlardan ibarət olmalıdır. Təəssüf ki, bu gün bizdə ən çox müzakirə olunan məsələlər yasda ‘ehsan verək, yoxsa verməyək’, ‘məktəbə uşaqları daşımaq üçün avtomobil olacaq, ya olmayacaq’ suallarıdır.”

Fazil Mustafa həmçinin, peşə məktəblərinə marağın az olmasını, televiziya ekranlarında elm adamları əvəzinə müğənnilərin debatlarda üstünlük təşkil etməsini də tənqid edib:

“Dünyanın məşğul olduğu məsələlərdən çox geri qalmışıq. Televiziyalarda xanım müğənnilərin kulturoloji debatları gedir, elm adamlarının debatlarına isə nadir hallarda rast gəlirik.”

Deputat əlavə edib ki, informasiya-kommunikasiya texnologiyalarında üstünlük qazananlar gələcəyin qalibləri olacaq:

“Elmi-kütləvi ədəbiyyatların tərcüməsi və nəşrinə diqqət ayrılmalıdır. Bu sahədə çalışan insanlara maddi dəstək verilməlidir. Ali Attestasiya Komissiyasında dissertasiya müdafiələrinin 90 faizi humanitar və filologiya sahəsindədir, təbiət elmlərinə maraq isə azdır. Bu sahəyə xüsusi diqqət yetirməliyik".

Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:31
embedMənbə:https://pravda.az
archiveBu xəbər 24 İyun 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxan Anardan danışdı

23 İyun 2025 13:37see133

Almaniya nəhəngi Liverpul un iki vingerini birdən almaq istəyir

22 İyun 2025 22:00see120

Məşhur mağazalar şəbəkəsinin müdiri meneceri bıçaqladı

22 İyun 2025 18:26see120

Bu bürcə XƏBƏRDARLIQ

22 İyun 2025 22:53see120

Almaniya müharibəyə hazırlaşır

23 İyun 2025 17:59see119

Tramp öz xaqını aldatdı

23 İyun 2025 07:36see117

Xamneyi: İran aqressiya nümayiş etdirməyib

23 İyun 2025 23:35see117

Bakıda toyda DAVA

22 İyun 2025 20:11see115

Azad olunmuş ərazilərdə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb

23 İyun 2025 18:47see115

Polis niyə maşının arxa farasına toxunur? Bu hərəkət həyatı xilas edə bilər

22 İyun 2025 22:10see114

Savadsız müəllimə güzəşt gələcəyimizə xəyanətdir! Ekspert

23 İyun 2025 08:25see114

Netanyahu: İsrail İranda qarşısına qoyduğu hədəflərə çatmağa çox yaxındır

23 İyun 2025 00:18see114

İranda daha bir nüvə alimi və oğlu öldürülüb Qayınanası isə güllələnib

24 İyun 2025 06:24see113

Roma Papası dünya liderlərinə çağırış etdi: Müharibəni dayandırın

22 İyun 2025 17:43see113

Daha tez xarab olurlar: 3 çox etibarsız avtomobil

22 İyun 2025 20:11see113

Breket taxanlara qida xəbərdarlığı stomatoloq

24 İyun 2025 03:02see113

Nüvə obyektlərinə silahlı hücumlar heç vaxt baş verməməlidir BAEA rəhbəri

23 İyun 2025 01:12see112

ABŞ qoşunlarına zərbə endirilməsi ehtimalı var NYT

23 İyun 2025 09:31see112

İmkanlı turistlərinin kazino oynamasının bizə faydası var Elman Nəsirov

23 İyun 2025 13:01see110

Kəskin və xroniki ağrı beynimizdə necə fərqli idarə olunur? ARAŞDIRMA

23 İyun 2025 06:24see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri