Icma.az
close
up
RU
Kəskin və xroniki ağrı beynimizdə necə fərqli idarə olunur? ARAŞDIRMA

Kəskin və xroniki ağrı beynimizdə necə fərqli idarə olunur? ARAŞDIRMA

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 23 iyun, AZƏRTAC

“Science Advances” jurnalında dərc olunan yeni araşdırma kəskin və xroniki ağrıların neyron səviyyəsində necə fərqli idarə olunduğunu üzə çıxarır. İbrani Universiteti-Hadassah Tibb Məktəbi və İvrit Universitetinin Beyin Elmləri Mərkəzindən (ELSC) professor Aleksandr Binştokun rəhbərliyi ilə aparılan tədqiqat doktorant Ben Title-in rəhbərlik etdiyi komanda tərəfindən həyata keçirilib.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqatçılar beynin medulyar dorsal buynuz adlı kiçik, lakin funksional baxımdan kritik bölgəsini araşdırıblar. Bu hissə ağrı siqnallarını bədəndən beyinə ötürən proyeksiya neyronlarını ehtiva edir və bir növ “rele stansiyası” kimi fəaliyyət göstərir. Araşdırma göstərib ki, kəskin iltihablı ağrı zamanı bu neyronlar öz fəaliyyətlərini azaltdıqları halda xroniki ağrı vəziyyətində əksinə daha yüksək həyəcan vəziyyətinə keçirlər. Bu mexanizmin əsas səbəblərindən biri kimi A tipli kalium cərəyanı (IA) identifikasiya olunub. IA cərəyanı normal şəraitdə neyronların həyəcanlılığını tənzimləyir və kəskin ağrılarda güclənərək ağrı siqnallarının beyinə çatmasını məhdudlaşdırır. Lakin xroniki ağrı şəraitində bu tənzimləmə pozulur və IA cərəyanı kifayət qədər aktivləşmir, nəticədə neyronlar hiperaktiv hala gəlir. Bu pozuntu ağrının uzunmüddətli və davamlı xarakter almasına səbəb ola bilər.

Professor Binştok qeyd edir: “Biz ilk dəfə eyni neyronların kəskin və xroniki ağrı zamanı necə fərqli davranış göstərdiyini müşahidə etdik. Xroniki ağrıda bu daxili əyləc mexanizminin yoxluğu, terapiya üçün yeni hədəf nöqtəsi təqdim edir. Əgər bu sistemi bərpa edə və ya onun fəaliyyətini təqlid edə bilsək ağrının xronik formaya keçməsinin qarşısını almaq mümkün ola bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2025 06:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see333

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see314

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see305

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see302

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see293

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see284

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see264

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see260

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see253

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see250

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see247

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see244

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see238

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see237

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see230

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see217

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see202

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see202

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri