Icma.az
close
up
RU
İmkanlı turistlərinin kazino oynamasının bizə faydası var Elman Nəsirov

İmkanlı turistlərinin kazino oynamasının bizə faydası var Elman Nəsirov

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Milli Məclis kazinoların fəaliyyəti ilə bağlı qanuna təklif edilən dəyişiklik layihəsini qəbul edib.

Belə ki, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahəsinin yaradılması haqqında qanuna təklif edilən dəyişiklik layihəsinə əsasən, Azərbaycanda kazino oyunlarının virtual formada həyata keçirilməsinə icazə verilməyəcək. Bununla bağlı qanunvericiliyə yeni maddə əlavə edilir.Sənəddə qeyd olunub ki, kazino oyunlarının virtual formada, o cümlədən internet şəbəkəsi, mobil rabitə şəbəkəsi, sosial media platformaları, digər elektron rabitə vasitələri, internet və mobil telekommunikasiya tətbiqləri, habelə digər texnologiyalara əsaslanan platformalar vasitəsilə təşkilinə, keçirilməsinə, həmin oyunlarda iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüquqlarının) satışına, həmçinin iştirakla bağlı müştərinin ödəniş tapşırıqlarının və ya bank və digər ödəniş hesabı üzrə digər əməliyyatlarının maliyyə institutları tərəfindən icrasına (aparılmasına) yol verilməyəcək.

Gununsesi.info xəbər verir ki, sözügedən qərar cəmiyyətdə birmənalı qəbul edilməyib.

Bu, həm də Turizm məqsədi ilə əlaqələndirilsə də, eyni zamanda gənclərin bu oyunlara qurşanmağına yol açacağı bildirilir.

Milli Məclisin deputatı Elman Nəsirov məsələ ilə əlaqədar olaraq deyir ki, bu turizm sahəsinin bizə həm reklam, həm də büdcə üçün əlavə vəsait baxımından xeyri var:

“Heç kəsə sirr deyil ki, Turizm dünyada ən çox gəlir gətirən sahələrdən biridir. Təsadüfi deyil ki, qardaş Türkiyənin büdcəsinin formalaşmasında Turizm sektorunun çəkisi kifayət qədər böyükdür. Hər il 50-55 milyon insan Türkiyəni turist olaraq ziyarət edir ki, bu da kifayət qədər böyük göstəricidir. Azərbaycanın təbii şəraiti, resursları, əhalinin qonaqpərliyi, iqlimi, meşələri, dağları imkan verir ki, ölkəmizdə turizmin inkişafı üçün geniş imkanlar yaransın. Bu yaxınlarda Çin Xalq Respublikası ilə qarşılıqlı şəkildə viza rejiminin ləğvi ilə də bağlı razılaşma əldə etdik. Ölkə Prezidenti Cənab İlham Əliyev də bildirdi ki, təxminən bir tam onda beş milyon çinli Azərbaycana gəlsə, kifayətdir. Turizm çoxşaxəlidir. Turizm içərisində bir sahə də var ki, ona “elit turizm” deyirlər. Uzağa getməyək, Gürcüstanda da bu turizm növü ilə bağlı kazinolar fəaliyyət göstərir. Buraya imkanlı turistlər gəlir, oynayır və bu da büdcə üçün geniş vəsaitdir. Azərbaycanda isə qəbul edilməsi gözlənilən qanun layihəsində bütün ölkə üzrə deyil, yanlız konkret olaraq süni adalarda fəaliyyət götərilməsinə icazə verilir. Məsələn, Gürcüstanda bu, bütün ölkə boyuncadır. O insanların ki, imkanı var, onlar gəlir və istirahət edir. Bir daha deyirəm, bu, bütün ölkə üzrə deyil. Konkret ərazidə keçirilməsinə icazə verilir. Bu hadisəyə başqa rəng qatmaq, məna vermək lazım deyil. Bizdə bu sahə priolitet olmayıb. Sadəcə, dəyişən reallıqlar fonunda belədir. Qonşu Gürcüstanın da təcrübəsinə əsaslansaq, demək olar ki, belə elit turizm həm də ölkənin reklamı baxımından xeyirlidir. Üstəlik, imkanlı turistlər buoyunlardan iştirak etməklə pullar xərcləyir və bunun bizim üçün xüsusi faydası var”, – deyə o, bildirib.

Orxan 

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:323
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 İyun 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri