Birinci Özbəkistan Azərbaycan parlamentlərarası forumunun keçiriləcəyi tarix və yer açıqlanıb
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
1-2 iyul tarixlərində Özbəkistanın Xivə şəhərində "Yeni üfüqlər axtarışında: dialoqdan birgə fəaliyyətə doğru" mövzusunda birinci Özbəkistan-Azərbaycan parlamentlərarası forumu keçiriləcək. SİA xəbər verir ki, bu barədə parlament Senatının mətbuat xidmətinin məlumatında deyilir.
Forumda Özbəkistan Ali Məclisinin və Azərbaycanın Milli Məclisinin üzvləri, həmçinin iki ölkənin Gənclər parlamentlərinin nümayəndələri iştirak edəcəklər.
Forumun məqsədi parlamentlərarası əməkdaşlığı daha da dərinləşdirmək, qanunvericilik fəaliyyəti və parlament nəzarətinin həyata keçirilməsi ilə bağlı təcrübə mübadiləsi aparmaq, həmçinin ən yüksək səviyyədə əldə edilmiş razılaşmaların reallaşdırılmasına kömək etməkdir.
"Forumun sonunda strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, prioritet sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, həmçinin birgə təşəbbüslərin səmərəli həyata keçirilməsi üçün hüquqi əsasların təkmilləşdirilməsinə yönəlmiş yekun sənədin qəbul edilməsi nəzərdə tutulur", - məlumatda vurğulanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 24 İyun 2025 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















