Icma.az
close
up
RU
“Fəaliyyətinizlə bağlı faktları açıqlayacağam!” Qalmaqal davam edir

“Fəaliyyətinizlə bağlı faktları açıqlayacağam!” Qalmaqal davam edir

Olay.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Fəaliyyətinizlə bağlı faktları açıqlayacağam!” - Qalmaqal davam edir

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrındakı qalmaqal davam edir.

OLAY yazır ki, Əməkdar artist Mehriban Xanlarova növbəti dəfə bədii rəhbər Mehriban Ələkbərzadə haqqında açıqlama yayıb:

“Mehriban Ələkbərzadə, teatrımızın dəyərli aktyoru, Əməkdar artist Rəşad Bəxtiyarov uzun müddətdir ki, səhhəti ilə bağlı ciddi mübarizə aparır. Siz isə teatrın bədii rəhbəri olaraq onun vəziyyəti ilə maraqlanmaq üçün hansı faciənin baş verməsini gözləyirsiniz?

Bir rəhbərin borcu sənət adamlarının qayğısına qalmaqdır. Lakin siz şəxsi maraqlarınızı qorumaqla, kollektiv daxilində cavan nəsillə yaşlı nəsil arasında süni qarşıdurmalar yaratmaqla, aktyorlardan tutmuş texniki İşçilərə qədər hər kəsə kobud davranmaqla və onları psixoloji basqı, qorxu altında saxlamaqla məşğulsunuz.

Sizin işçilərə qarşı laqeyd münasibətiniz artıq təhlükəli həddə çatıb. Sağlam əməkdaşlar sizin üçün görünməz, xəstələr isə yaddan çıxmış rollardır. Çünki sizin başınız teatrı yaşatmağa yox, onu şəxsi hərisliyinizin fonunda idarə etməyə qarışıb. Ən acısı isə odur ki, Rəşad Bəxtiyarov sizin tələbəniz olub. Heçmi vicdanınızın səsini eşitmirsiniz? Heçmi onun halını soruşmaq yadınıza düşmür? Əgər illərlə yanınızda sənət öyrənmiş bir insana bu cür biganəsinizsə, digərlərinə nə edəcəyinizi yalnız Allah bilir. Dahi şairimiz Bəxtiyar Vahabzadənin gözəl bir kəlamı var: “Göydə axtarmasın Allahı insan, hər kəsin vicdanı öz Allahıdır.” Siz bu teatra gəlməmişdən əvvəl burada doğmalıq vardı, səhnə bizim evimiz, sənət isə ailəmiz idi. Amma siz gəldiniz və bizi yetim qoydunuz – öz teatrımızda ögey, doğma ocağımızda isə yad kimi qarşılandıq. Haqlarımız tapdalandığı üçün mübarizə aparmağa məcbur qaldıq. Sənət məbədi nifaq yuvasına çevrilməməlidir, lakin sizin idarəçiliyiniz bu müqəddəs məkanın divarlarına çat saldı. Sənətkarın sağlığı, teatrın taleyi sizin üçün önəm daşımırsa, o zaman siz bu sənət məbədinin rəhbəri deyil, yalnız qaranlıq bir tamaşanın rejissorusunuz!Yaxın günlərdə sizin fəaliyyətinizlə bağlı önəmli faktları ictimaiyyətə açıqlayacağam. Hazırda susmağım səssizlik yox, sadəcə uyğun vaxtı gözləyirəm. Həmkarım Rəşad Bəxtiyarovun səhhəti mənə və onu sevən tamaşaçılara önəmlidir. Buna görə də biganə qala bilməzdim! Çünki sənət fədakarlıq tələb edir, laqeydlik yox”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://olay.az
archiveBu xəbər 22 Mart 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see203

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see193

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see167

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see145

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see144

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see136

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri