FED uçot dərəcəsini endirib
Aznews.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-nin Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) iclasın nəticələrinə görə baza dərəcəsini 0,25 bənd azaldaraq 4,5-4,75 %-ə endirib.
“Report” xəbər verir ki, bu barədə məlumat tənzimləyicinin saytında yayılıb.
Faiz dərəcəsinin endirilməsi gözlənilirdi və uzun müddət dəyişməz qalan faiz dərəcələrinin ardınca ikinci dəfə həyata keçirilib. "FOMC (Açıq Bazar Əməliyyatları üzrə Federal Komitə) öz hədəflərini dəstəkləmək məqsədilə federal fondlar üzrə faiz dərəcəsinin hədəf diapazonunu 0,25 baza bəndi - 4,5-4,75 %-ə endirməyə qərar verdi”, - məlumatda deyilir.

FED uçot dərəcəsini endirib
08 Noyabr 2024 18:03
FED uçot dərəcəsini AZALTDI
18 Dekabr 2024 23:56

