Icma.az
close
up
RU
Heydər Əliyev Mərkəzinin parkında gəzinti istirahət və incəsənət gözəlliyini seyr etmək üçün sevilən məkan FOTO

Heydər Əliyev Mərkəzinin parkında gəzinti istirahət və incəsənət gözəlliyini seyr etmək üçün sevilən məkan FOTO

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı - qədim və böyük şəhərdir. Burada qədim memarlıq ilə müasirlik heyranedici şəkildə vəhdət təşkil edir. Şəhərdə təkcə insan əlinin yaratdığı möcüzələrə heyran qalmaq deyil, həm də rahat istirahət edib incəsənətin gözəlliyindən zövq almaq mümkündür.

Milli.Az Trend-ə istinadən oxucularına Heydər Əliyev Mərkəzinin parkında gəzintidən reportaj təqdim edir:

Məşhur memar Zaha Hadidin futuristik şah əsəri - 2007-ci ildə layihələndirilmiş və 2012-ci ildə istifadəyə verilmiş Heydər Əliyev Mərkəzi bu gün müasir Azərbaycanın əsas memarlıq simvollarından biridir.

Heydər Əliyev Mərkəzinin ətrafındakı park Bakının yerli sakinləri və çoxsaylı qonaqları üçün ən gözəl istirahət və əyləncə məkanlarından biri hesab olunur. Burada tarix, mədəniyyət, təbiət və müasirlik vəhdət təşkil edir və unikal bir məkan yaradır. Parkın ümumi sahəsi 14 hektardır və ərazidə süni göl, hovuzlar və kaskadlı şəlalələr kimi su elementləri yerləşir. Parkın altında avtomobil dayanacağı var ki, bu da istirahət üçün olduqca vacibdir.

Kaskadlı parkın forması həm müasir memarlıq elementlərini, həm də ənənəvi Azərbaycan landşaft dizaynını özündə birləşdirir və Heydər Əliyev Mərkəzinin ayrılmaz hissəsidir. Burada təbiətin qorunmasına və ekoloji cəhətdən təmiz bir məkanın yaradılmasına xüsusi önəm verilib. Bu da parkı müasir şəhər həyatında təbiətlə harmoniya axtaranlar üçün ideal məkana çevirir.

Bu gözəllik "I Love Baku" (Mən Bakıni sevirəm) adlı art-kompozisiyadan başlayır. Hər kəs burada şəkil çəkdirib sosial şəbəkələrdə paylaşmağı sevir.

Parkın səliqəli çəmənliklərində tez-tez gənclər, ailələr və əcnəbi qonaqlar toplaşır, pikniklər və əyləncəli tədbirlər keçirilir. İsti havada ziyarətçilər istirahət edə bilir və heç kim onlara "çəmənlikdə gəzmək olmaz" demir. Burada tez-tez videoçarxlar, kliplər çəkilir, kütləvi yürüşlər, festivallar və konsertlər keçirilir.

Ən önəmlisi isə - buranı ziyarət edərkən artıq təkcə istirahət deyil, həm də Heydər Əliyev Mərkəzinin daimi və ya müvəqqəti kolleksiyasından Azərbaycan və dünya rəssamlarının əsərlərini seyr etmək mümkündür.

Park ərazisində yerləşdirilmiş müasir art-obyektlər, heyrətamiz fiqurlar və kompozisiyalar ziyarətçilərdə böyük maraq doğurur. Bu anları foto və videolarda əbədiləşdirmək isə hər kəs üçün xoş bir təcrübə yaradır. Bütün bunlar parkda gəzintini daha maraqlı və zəngin edir. İncəsənət nümunələrini saatlarla izləmək mümkündür.

Hazırda açıq havada İtaliya monumental heykəltəraşı Lorentso Kuinnin "Təbiətdə tarazlıq" adlı ekspozisiyasına aid əsərlər nümayiş olunur. Bu kompozisiyanın əsas ideyası ətraf mühitə qayğı və onun qorunması ilə bağlıdır. Eləcə də Nigeriyalı heykəltəraş Dotun Popolanın "Yenidən doğulmuş gözəllik" adlı sərgisi yer alıb. O, qeyri-ənənəvi materiallardan - sənaye tullantılarına çevrilmiş metal hissələrdən istifadə edərək öz orijinal əsərlərini yaradıb.

İtalyan heykəltaraş Cüzeppe Kartanın "Təbiətin nemətləri" adlı ekspozisiyasındakı böyük meyvə və tərəvəz heykəlləri isə çox rəngarəng və yaradıcıdır. Bu əsərlərin bir qismi məhz Heydər Əliyev Mərkəzində nümayiş üçün hazırlanıb və ilk dəfə ictimaiyyətə təqdim olunur. Ziyarətçilər bu kompozisiyaların qarşısında fəal şəkildə şəkil çəkdirir, selfi edir və videolar çəkirlər.

Beləliklə, Heydər Əliyev Mərkəzinin parkına baş çəkmək - təbiətin gözəlliyindən və sakitliyindən zövq almaq, müasir incəsənət və memarlığı qiymətləndirmək üçün əla fürsətdir!

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 13 Aprel 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri