Icma.az
close
up
RU
Fransanın kolonial siyasəti BMT də Afrika əsilli xalqların forumunda pislənilib

Fransanın kolonial siyasəti BMT də Afrika əsilli xalqların forumunda pislənilib

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Afrika əsilli xalqların Daimi Forumunun 4-cü sessiyası işə başlayıb.

Gununsesi.info xəbər verir ki, BMT Baş Assambleyasının 2021-ci il 2 avqust tarixli qətnaməsi ilə yaradılmış Daimi Forum quldarlığın və kolonializmin səbəb olduğu ədalətsizliyin aradan qaldırılması üçün tədbirlər görür.

Beynəlxalq hüquq çərçivəsində dünyada kolonializmə qarşı mübarizə aparan, müstəmləkəçiliyin iyrənc fəsadlarını beynəlxalq müstəvidə ifşa edən Bakı Təşəbbüs Qrupu (BTQ) ilə Daimi Forum arasında qurulmuş əməkdaşlıq nəticəsində Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Qvadelup, Martinik, Kanaki (Yeni Kaledoniya), Sint Maarten, Reunyon, Bonayre, Aruba, Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası nümayəndələrinin tədbirdə iştirakı təmin edilib.

Tədbirdə çıxış edən BTQ-nin icraçı direktoru Abbas Abbasov rəhbərlik etdiyi təşkilatın dekolonizasiya istiqamətində gördüyü işlər haqqında ətraflı məlumat verərək, Fransa və Niderlandın əsarəti altında olan ərazilərin bu gün də kolonial idarəetmədən əziyyət çəkdiyini təəssüflə xatırladıb.

A.Abbasov adıçəkilən ərazilərin üzləşdiyi problemlərin daha təfsilatlı müzakirəsi üçün Daimi Forumun dəstəyi ilə BTQ tərəfindən aprelin 15-də “Dekolonizasiya: Sakit inqilab” konfransın təşkil ediləcəyini və bu xüsusda iştirakçı dövlətləri sözügedən tədbirə dəvət edib.

BTQ-nin xətti ilə Forumda iştirak edən Qvadelup, Sint Maarten, Reunyon, Martinik, Fransız Qvianasından olan nümayəndələr də çıxışlarında Fransa və Niderlandın kolonial siyasətini qınayıb, ölkələrinin tezliklə müstəqil olması üçün səylərin birləşdirilməsinin vacibliyini vurğulayıblar.

Tədbirdə, həmçinin BTQ-nin sifarişi ilə BMT-nin tanınmış eksperti, ABŞ vətəndaşı Karlayl Korbin tərəfindən hazırlanmış “Fransız kolonializminin təkamülü: Siyasi və konstitusional tədqiqat” adlı hesabat sessiyanın iştirakçılarına təqdim olunub.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Aprel 2025 08:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri