Miley: Yeni dünya nizamında nüfuz dairələrini ABŞ, Rusiya və Çin bölüşəcək
Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
Bizimyol.info xəbər verir ki, o, bu barədə Neura radiostansiyasına verdiyi müsahibədə bildirib.
“Dünya nizamı yenidən qurulur. Amerika qitəsinə ABŞ rəhbərlik edəcək, Avrasiya bölgəsinə Rusiya, Asiyanın Rusiya tərəfindən idarə olunmayan hissəsinə isə Çin rəhbərlik edəcək”, – deyə prezident qeyd edib.
Mileynin fikrincə, hazırda Avropa dünyada liderlik iddiasında olmaq gücündə deyil. “Hazırda Avropa “voukizm” (liberal və gender yönümlü ideologiya) ilə mübarizə aparmalıdır. Avropa artıq uzun müddətdir ki, inkişaf etmir”, – deyə o bildirib.
Argentina lideri hesab edir ki, Latın Amerikası dövlətləri hər şeydən əvvəl ABŞ-ın müttəfiqləri olmalıdır. Onun fikrincə, ölkəsi artıq Qərb yarımkürəsində ABŞ-ın əsas tərəfdaşıdır. “Biz doğru zamanda, doğru yerdəyik”, – deyə o vurğulayıb.
2023-cü il dekabrın 10-da prezident vəzifəsinə başlayan Miley dəfələrlə bəyan edib ki, Argentina üçün əsas tərəfdaşlar liberal demokratiyalar və Qərb ölkələridir, xüsusilə də ABŞ və İsrail. Prezident ABŞ ilə azad ticarət sazişi imzalamağa çalışdığını bildirib. Vəzifəyə başladığı gündən bəri Miley ABŞ-a 10 dəfə səfər edib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 15 Aprel 2025 08:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















