Icma.az
close
up
RU
Federal hökumət İlon Mask ilə Alis Vaydel arasındakı debatı seçki kampaniyası kimi şərh edib AZƏRTAC

Federal hökumət İlon Mask ilə Alis Vaydel arasındakı debatı seçki kampaniyası kimi şərh edib AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Berlin, 11 yanvar, AZƏRTAC

Almaniyada federal hökumət ifrat sağçı Almaniya üçün Alternativ Partiyasının (AfD) həmsədri Alis Vaydel ilə amerikalı milyarder İlon Mask arasında X platformasında təşkil olunan onlayn debata münasibət bildirib.

AZƏRTAC “Deutsche Welle”yə istinadla xəbər verir ki, hökumət bu yayımı seçki kampaniyası kimi şərh edib. Yüzminlərlə insanın birbaşa izlədiyi onlayn debatda səsləndirilən ifadələrlə əlaqədar hökumət sözçüsünün müavini Kristiane Hofman seçki kampaniyaları ilə bağlı şərh vermədiklərini qeyd edib.

Onlayn yayımdan sonra ölkənin bir sıra universiteti X platformasını sərt tənqid edib. Altmışdan çox universitet X sosial şəbəkəsindən istifadə etməməyi qərara alıb. Buna səbəb olaraq X platformasının ədalətli fikirləri təşviq etməklə bağlı öz məsuliyyətinə uyğun davranmadığı, bu şəbəkədə sağ populist məzmunların yayılmasının genişləndiyi ifadə olunub.

Qeyd edək ki, həmin onlayn yayımda İlon Mask Almaniyanı ancaq AfD-nin xilas edə biləcəyini bildirib, seçiciləri parlament seçkilərində bu partiyaya dəstək verməyə çağırıb.

Almaniyada növbədənkənar federal parlament seçkiləri fevralın 23-də keçiriləcək.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Yanvar 2025 06:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri