Icma.az
close
up
RU
Federasiya rəhbəri sifariş verdi Bakının mərkəzində qan töküldü KONKRET

Federasiya rəhbəri sifariş verdi Bakının mərkəzində qan töküldü KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə Dövlət Sərhəd Xidmətinin (DSX) mayoruna hücum etməkdə təqsirləndirilən idmançıların cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, ittihama görə, idmançılar Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov DSX mayoru, kikboksinq üzrə əməkdar məşqçi və əməkdar idman ustası Fuad Zeynalova hücum ediblər.

İnsidentdən sonra adıkeçən şəxslər saxlanılıblar. Məlum olub ki, onlar bu əməli Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanovun sifarişi ilə törədiblər.

Məhkəmənin qərarı ilə Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov barəsində həbs qətimkan tədbiri, Elvin Məmmədov barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Onlara Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham elan olunub.

Məhkəmə prosesində zərərçəkmiş şəxslərə söz verilib.

Zərərçəkən Fuad Zeynalov müttəhimləri bağışladığını deməklə şikayətim olmadığını diqqətə çatdırıb. Bundan əlavə nəsə demək istəməyib.

Məhkəmədə Fuad Zeynalovun ibtidai istintaqa verdiyi ifadə elan olunub. O, ibtidai istintaqa ifadəsində bildirib ki, Avropa Çempionatında iştirak etmək üçün Yunanıstanın Afina şəhərinə gedib. Çempionatda Ramal Aslanov da öz tələbələri ilə iştirak edib.

İdmançılar arasında mübahisə Afinada başlayıb:

“Azərbaycana qayıdandan sonra bir neçə nəfər məni izləyərək yaşadığım ünvana gəldi. Ramal Aslanov zəng edərək görüşüb söhbət etməyi təklif etdi. Dostum Anarla restorandan çıxarkən Elnur və Elçin mənə hücum etdilər. Anarı yerə yıxılan görüb onu səslədim. Ayağa qalxanda Ramal onu arxadan tutub saxladı. Beşbarmaqla Anarın alın nahiyəsindən zərbə endirdilər. Zərbənin təsirindən Anar yerə yıxıldı. Bundan sonra Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirildik. Alnımdan 10 dənə tikiş atmışdılar”.

Zərərçəkmiş Anar Süleymanov isə hər şeyin göz qabağında olduğunu deyib:

“Videogörüntülər var. Mənim şikayətim yoxdur, barışmışıq”.

Xatırladaq ki, hadisə bu ilin yanvar ayının 4-də Bakının Xətai rayonunda baş verib.

Məhkəmə prosesi iyulun 30-da davam etdiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 İyul 2025 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see281

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see254

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see195

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see183

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see177

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see163

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see162

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see162

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see149

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see148

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see146

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri