Icma.az
close
up
RU
Artıq çəkinin beyin üçün gözlənilməz təhlükəsi aşkar edilib

Artıq çəkinin beyin üçün gözlənilməz təhlükəsi aşkar edilib

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Artıq bədən çəkisi damar mənşəli demensiyanın (yaddaş və idrak pozğunluğu) birbaşa səbəbi ola bilər və bu prosesdə əsas rolu yüksək arterial təzyiq oynayır.

Bu qənaətə yüz minlərlə insanın genetik və tibbi məlumatlarını təhlil edən tədqiqatçılar gəliblər.

BAKU.WS xəbər verir ki, araşdırma The Journal of Clinical Endocrinology & Metabolism (JCEM) jurnalında dərc olunub.

Piylənmə ilə idrak funksiyalarının (yaddaş, diqqət, düşünmə qabiliyyəti və s.) zəifləməsi arasındakı əlaqə uzun müddətdir alimlər arasında mübahisələr doğururdu.

Müşahidə tədqiqatları bəzən bir-birinə zidd nəticələr verirdi: bəziləri orta yaşda artıq çəkili insanlarda demensiya riskinin artdığını göstərirdisə, digərləri yaşlılarda yüksək bədən çəkisinin guya "qoruyucu təsirə" malik ola biləcəyini iddia edirdi.

Yeni araşdırmanın müəllifləri bildiriblər ki, bu "paradoks" əslində əks səbəbliliklə izah olunur: demensiyanın ilkin mərhələlərində insanlar çox vaxt arıqlayır və bu, statistikanı təhrif edir.

Səbəbi nəticədən ayırmaq üçün alimlər Mendel təsadüfiləşməsi metodunu tətbiq ediblər. Bu üsul insanda genetik olaraq daha yüksək və ya daha aşağı bədən kütləsi indeksinə (BKİ) meyli müəyyən edən irsi variantlardan istifadə edir və beləliklə, sadəcə əlaqəni deyil, məhz səbəb-nəticə münasibətini qiymətləndirməyə imkan verir.

Tədqiqat 120 mindən çox danimarkalı iştirakçının və təxminən 380 min britaniyalının (Britaniya Biobankının məlumatları) üzərində aparılıb. Ənənəvi analiz zamanı yenə də U formalı asılılıq müşahidə olunub: həm arıq, həm də artıq çəkili insanlarda demensiya riski yüksək olub.

Lakin genetik yanaşma tam fərqli mənzərə göstərib. Genetik olaraq bədən kütləsi indeksi nə qədər yüksək olarsa, damar mənşəli demensiya riski də bir o qədər artıb - yəni artıq çəkidə heç bir "qoruyucu effekt" aşkarlanmayıb.

Tədqiqat müəlliflərinin hesablamalarına görə, genetik olaraq proqnozlaşdırılan BKİ-nin bir standart artımı damar demensiyası ehtimalını təxminən 60% artırır. Əlavə analiz göstərib ki, bu təsirin əsas mexanizmi artmış arterial təzyiq ilə bağlıdır. Sistolik və diastolik təzyiq artıq çəkidən yaranan riskin əsas hissəsini izah edir, halbuki xolesterin, qanda şəkər və iltihab göstəriciləri daha az rol oynayır.

Damar mənşəli demensiya beyinin qan dövranının xroniki pozulması nəticəsində inkişaf edir və bu, çox vaxt mikrosultların fonunda baş verir.

Yüksək təzyiq damar divarlarını zədələyir, neyronların oksigen və qidalanmadan məhrum qalmasına səbəb olur. Yeni araşdırma sübut edir ki, məhz piylənmə təzyiqin artması vasitəsilə bu zəncirvari dəyişikliklərə start verir.

Alimlər vurğulayırlar ki, onların nəticələri praktik baxımdan çox önəmlidir: bədən çəkisinə və arterial təzyiqə nəzarət yalnız ümumi sağlamlıq üçün deyil, həm də demensiyanın qarşısını almaq üçün real, lakin hələ də lazımi qədər dəyərləndirilməmiş vasitələrdir.

Çünki artıq inkişaf etmiş demensiyanın effektiv müalicə üsulları demək olar ki, yoxdur - buna görə də erkən profilaktika həlledici rol oynaya bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:318
embedMənbə:https://baku.ws
archiveBu xəbər 27 Yanvar 2026 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri