Icma.az
close
up
RU
Beynəlxalq ictimaiyyətə çağırış

Beynəlxalq ictimaiyyətə çağırış

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

437 tarixi abidə zədələnib, 68-i tamamilə dağıdılıb, 114-ü isə ciddi şəkildə zərər görüb

Ermənistanın  30 illik  işğalçılıq siyasəti nəticəsində Azərbaycan xalqına məxsus qədim tarixi, mədəni və dini abidələr dağıdılaraq yerlə-yeksan edilib, onların bir qismi isə saxtalaşdırılıb. Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi xalqımızın minilliklər boyu yaşadığı torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək olub. Bütövlükdə, 200 il ərzində Azərbaycan xalqına qarşı davam etmiş erməni təcavüzünün qurbanları həm də tarixi-dini abidələr, müqəddəs ocaqlar və məbədlər olub. İşğal altında olmuş müsəlman dini kimliyinə aid olan abidələr, o cümlədən digər mədəniyyət nümunələri dağıdılmaqla yanaşı, həm də təhqir olunub. İşğaldan azad olunmuş ərazilərdəki məscidlərdə donuz, mal-qara saxlanılıb, eyni zamanda, Qafqaz Albaniyasına məxsus məbədlər erməniləşdirilərək qriqoryanlaşdırılıb. Bütün bunlar isə onu göstərir ki, Ermənistanın xalqımızın mədəni-tarixi, dini irsinin məhv edilməsinə yönəlmiş cinayət əməlləri bəşəriyyətə qarşı soyqırımıdır. Bu əməllərinə görə işğalçı Ermənistan beynəlxalq hüquq qarşısında cavab verməlidir və verəcək.

Avropa Azərbaycan Mərkəzi bəyanat verib

Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra ermənilərin törətdiyi bu cinayətləri əyani şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırır. Yeri gəlmişkən, qeyd edək ki, Almaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzi 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara və media qurumlarına ünvanlanan bəyanat yayıb. Bəyanatda beynəlxalq hüququn prinsiplərinin qorunmasının mədəni irsin müdafiəsində qlobal həmrəyliyin təşviqi baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd olunub, mədəni irsin qorunmasının yalnız mədəniyyət məsələsi deyil, eyni zamanda, beynəlxalq hüququn vacib elementi hesab edilməklə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində baş vermiş ciddi hüquq pozuntularının diqqət mərkəzində saxlanması tələb olunub. Bildirilib ki, Ermənistanın 30 illik işğal dövründə Azərbaycanın ərazilərində həyata keçirdiyi sistemli vandalizm təkcə siyasi işğal aktı deyil, həm də beynəlxalq hüququn mədəni irsin qorunmasına dair birmənalı qadağalarını kobud şəkildə pozan mədəni soyqırımıdır.

Bu baxımdan Xocalı rayonunun Pirilər kəndindəki yerləşən qədim alban məbədindən hərbi məqsədlərlə istifadə edilməsinin bu pozuntuların konkret və sənədləşdirilmiş sübutlarından biri olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, Qafqaz Albaniyasının maddi-mədəni irsinin ayrılmaz hissəsi kimi xüsusi qorunan bu abidəni Ermənistanın tamamilə dağıtması və ondan silah-sursat anbarı kimi istifadə etməsi Cenevrə Konvensiyasının və 1954-cü il Haaqa Konvensiyasının birbaşa pozulmasıdır.

İşğal dövründə...

Həmçinin bildirilib ki, işğal dövründə 437 tarixi abidə zədələnib, 68-i tamamilə dağıdılıb, 114-ü isə ciddi şəkildə zərər görüb. Dəymiş ümumi maddi ziyanın həcmi 700 milyon manatdan çoxdur. “Azərbaycan azad edilmiş ərazilərdə bu abidələrin bərpası və mühafizəsi istiqamətində beynəlxalq öhdəliklərinə uyğun şəkildə ciddi fəaliyyət göstərir. Beynəlxalq təşkilatları, xüsusilə UNESCO və ICOMOS-u bu məsələdə daha fəal və prinsipial mövqe sərgiləməyə çağırırıq. Mədəni irsin dağıdılmasına qarşı səssizlik beynəlxalq öhdəliklərin yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Mədəni irs müharibənin obyekti olmamalıdır, onun hərbiləşdirilməsi insanlığın birgə mirasına qarşı yönəlmiş ağır hüquq pozuntusudur”, - deyə bəyanatda vurğulanıb.

Onu da qeyd edək ki, Azərbaycan 30 il ərzində keçmiş işğal olunmuş ərazilərimizdə və Ermənistanda mədəni irsimizin qəsdən dağıdılması, mənimsənilməsi, dəyişdirilməsi, habelə qanunsuz başqa yerə aparılması ilə bağlı qiymətləndirmə missiyalarının reallaşdırılması çağırışları ilə beynəlxalq təşkilatlara israrla müraciət edib. Təəssüf ki, bu Ermənistan tərəfinin əngəlləri nəticəsində mümkün olmayıb. UNESCO-nun özü də 2005-ci il hesabatında bu faktı təsdiqləyib. Torpaqlarımız işğaldan azad olunduqdan sonra  isə UNESCO erməni lobbisinin təsiri altında Ermənistan törətdiyi vandalizmi araşdırmaq üçün missiya göndərmir.  Azərbaycana gəlincə,  respublikamızın ərazisində yerləşən mədəni irs mənşəyindən, dünyəvi və ya dini mənsubiyyətindən asılı olmayaraq dövlətimiz bu irsə dəyər verir. Bu isə Azərbaycan xalqının mədəni müxtəlifliyini təcəssüm etdirir.

Nardar  BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Aprel 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri