Icma.az
close
up
RU
Fələstin dövləti bu halda Şərqi Qüdsü öz paytaxtı elan edə bilər ŞƏRH

Fələstin dövləti bu halda Şərqi Qüdsü öz paytaxtı elan edə bilər ŞƏRH

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Misirin Şarm əş-Şeyx şəhərində Yaxın Şərqdə sülhün bərpasına həsr olunmuş Yaxın Şərq Sülh Sammiti keçirilib. Sammitdə bir sıra ölkələrin, o cümlədən ABŞ, İsrail, Fələstin, Türkiyə, Rusiya, Çin, Avropa İttifaqı və Azərbaycan kimi dövlətlərin nümayəndələri iştirak ediblər. Görüşün əsas məqsədi uzun illərdir bölgədə davam edən İsrail-Fələstin münaqişəsinə son qoymaq, atəşkəsin davamlılığını təmin etmək və bölgədə sabit sülhün təməlini formalaşdırmaq olub. Sammit çərçivəsində tərəflər “iki dövlətli həll” prinsipi əsasında Fələstin dövlətinin suverenliyinin və hüquqlarının tanınması istiqamətində mühüm müzakirələr aparıblar.

Bəs bu sammitdən sonra Fələstin dövləti hüquqi baxımdan özünü bərpa edə biləcəkmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Həşim Səhrablı bildirdi ki, Fələstin məsələsinin hələ tam şəkildə həllini tapması prosesi bir müddət çəkəcək:

"Amma əvvəl-axır burada o iki dövlətli həll mexanizmi var ki, bu, öz rəsmi təsdiqini tapacaq. Nəyə görə? Çünki İsrail, onu ən güclü şəkildə dəstəkləyən Britaniya və Amerika Birləşmiş Ştatlarının dünyada birmənalı tək tərəfli söz sahibi olduğu bir reallıqda belə, fələstinlilərin müqavimətini və Fələstin məsələsində həssas davranan Türkiyə, İran kimi regional güclərin mövqeyini qıra bilmədi, istədiyi nəticəni əldə edə bilmədi. İndi nəzərə almaq lazımdır ki, artıq bu məsələ qlobal xarakter daşımağa başlayıb. Rusiya, Çin kimi artıq dünyəvi güclər də bu məsələyə müdaxilə etməyə və buradakı maraqlarını müdafiə etməyə başlayıblar. Eyni zamanda, Türkiyə durmadan güclənir, İran tərəfi isə hələ də Qərbə qarşı müqavimət göstərməyə davam edir. Hətta siz təsəvvür edin ki, İsrail kimi son dərəcə müasir hərbi texnologiyalara sahib olan və geniş kəşfiyyat şəbəkəsinə malik bir dövlət HƏMAS hərəkatının müqavimətini genişmiqyaslı əməliyyatlar başlatsa belə, qıra bilmədi. Bu, o deməkdir ki, artıq problem getdikcə daha qlobal mahiyyət kəsb edəcək və tərəflərdən birinin birmənalı qələbəsinin baş verməsi mümkünlüyünü itirəcək. Nəticə etibarilə, problem öz həllini tapmaq üçün masa arxasında müzakirə olunacaq və bütün tərəflər başa düşəcək ki, artıq bu məsələnin həlli dialoq yolu ilə mümkündür. Burada da ən effektiv yol məhz iki dövlətli həll mexanizmini dəstəkləməkdən ibarətdir".

Onun sözlərinə görə, tərəflərin bundan daha yaxşı versiyalar və ya alternativlər irəli sürmə imkanları məhdud olacaq:

"Çünki bir tərəfin təklif edəcəyi alternativ digər tərəfin maraqlarına zidd olacaq və ya əksi yaşanacaq. Amma indiki vəziyyətdə, qeyd etdiyimiz kimi, bu problemin həlli bir müddət uzanacaq. Yəni dünənki görüşdən sonra həftələr və ya aylar içində Fələstinin bütün dünya tərəfindən tanınması real görünmür. Ən azından İsraili dəstəkləyən və regiondakı maraqları sırf İsrail yönümlü xarici siyasət üzərindən qurulan dövlətlər hələlik yeni reallıqları qəbul etməkdə çətinlik çəkəcəklər. O ki qaldı gələcəkdə iki dövlətli həllin bütün dünya tərəfindən qəbul olunması reallığında paytaxt məsələsinə, həm İsrail, həm də Fələstin tərəfi Qüdsü birmənalı şəkildə öz paytaxtı elan etmək istəyir və Qüdsün bölünməsinə, Şərqi və Qərbi Qüds kimi iki ölkənin nəzarətinə keçməsinə razı deyillər. Amma bu da zamanla, orta yol tapmaq baxımından, mümkün plana çevriləcək. Yəni Qüds özü tərəfləri razı salmaq üçün iki yerə bölünə bilər və bu halda Fələstinin paytaxtı Şərqi Qüds seçilə bilər.

Burada əsas məsələ ondan ibarətdir ki, gələcək təhlükəsizlik mexanizmləri necə formalaşacaq və indiki problemin həllindən sonra ortaya çıxacaq yeni təhlükəsizlik çağırışları nədən ibarət olacaq. Bu amil Fələstin dövlətinin paytaxt seçiminə də təsir göstərəcək. Şərqi Qüds strateji baxımdan İsrail sərhədlərinin tam yanında yerləşdiyi üçün ola bilər ki, Fələstin dövləti bir müddətdən sonra bunu öz maraqları üçün təhdid hesab etsin. Yox əgər orada beynəlxalq bir missiya fəaliyyətə başlayarsa və ya tərəflər beynəlxalq qaydalara uyğun şəkildə təhlükəsizlik zəmanətlərini öz üzərlərinə götürərlərsə, o halda Fələstin dövləti İsrail tərəfindən təhlükə sezmədən Şərqi Qüdsü öz paytaxtı elan edə bilər".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Oktyabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri