Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsinin baş katibi Dəməşqdə saxlanılıb
Icma.az bildirir, Sherg.az portalına istinadən.
Suriyanın yeni hakimiyyət orqanlarına tabe olan təhlükəsizlik qüvvələri Fələstinin Azadlığı Xalq Cəbhəsinin (Baş Komandanlıq) baş katibi Təlal Nacini Dəməşqdə saxlayıb.
“Report” xəbər verir ki, bu barədə Suriyanın “Al Masirah” televiziyası teleqram kanalında məlumat yayıb.
Hadisənin təfərrüatları açıqlanmayıb. Fələstin mənbələri telekanala faktı təsdiqləyib. Kanal Nacinin evində videomüşahidə quraşdırıldığına da aydınlıq gətirib.
Qeyd edək ki, mayın 1-də “Asharq Al-Awsat” qəzeti mənbələrə istinadən məlumat yayıb ki, Suriyanın yeni hakimiyyəti Fələstin fraksiyalarının nümayəndələrini Ərəb Respublikası ərazisində öz üzvləri arasında silah paylanmasına nəzarət etmək planları barədə məlumatlandırıb. Qəzetin yazdığına görə, fələstinli qrupların üzvlərinin silahları təslim etməsi məsələsi qaldırılmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 03 May 2025 23:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















