Icma.az
close
up
RU
Vətən torpaqlarının azadlığı uğrunda

Vətən torpaqlarının azadlığı uğrunda

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bəzən bir ömür illərlə deyil, Vətən uğrunda göstərilən fədakarlıqla ölçülür. Azərbaycan Silahlı Qüvvələrinin zabiti Elməddin Meydanov məhz belə bir şərəfli ömür yaşayan, Vətən torpaqlarının azadlığı yolunda canından keçərək əbədiyyətə qovuşan cəsur oğullarımızdandır.

Vətən müharibəsində peşəkar hərbi xidməti, yüksək döyüş hazırlığı və sarsılmaz iradəsi ilə ön xətdə vuruşan, şəhadət zirvəsinə ucalaraq adını şanlı tariximizə həkk edən kapitan Elməddin Meydanov 1989-cu il sentyabrın 11-də Şərur rayonunun Vərməziyar kəndində anadan olub.1997-2004-cü illərdə Vərməziyar kənd tam orta məкtəbində, 2004-2007-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2007-2011-ci illərdə MTN-in Heydər Əliyev adına Akademiyasında "Sərhəd Qoşunları" fakültəsində ali hərbi təhsil alıb. Xidməti dövründə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, "Azərbaycan Ordusunun 95 illiyi", “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi” və “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi” yubiley medalları ilə mükafatlandırılmışdır.

Elməddin Meydanov 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının "N" saylı hərbi hissəsində xidmət edirdi.Azərbaycan Ordusunun kapitanı olan Elməddin Meydanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Zəngilan rayonunun Ağbənd qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Meydanov oktyabrın 27-də Zəngilan döyüşləri zamanı şəhid olub. Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Şəhidimizin vətənə əmanət 2 övladı vardır.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə Meydanov Elməddin “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə”, “Döyüşdə fərqəlnməyə görə” medalları ilə təltif edilmişdir.

Elməddin kimi zabitlərin qanı ilə yoğrulan bu torpaq həm də Zəfərimizin qibləgahıdır. Onun adı bütöv Azərbaycanda qürurla çəkilir.

Müşfiq MİRZƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Sentyabr 2026 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri