Icma.az
close
up
RU
Fələstinin müstəqilliyi tanınsa, İsraillə münaqişə bitəcək? BMT də tarixi qərar qəbul edilə bilər

Fələstinin müstəqilliyi tanınsa, İsraillə münaqişə bitəcək? BMT də tarixi qərar qəbul edilə bilər

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Böyük Britaniya, Kanada və bir sıra digər dövlətlər bu ilin sentyabr ayında keçiriləcək BMT Baş Assambleyasının sessiyasında Fələstinin müstəqil dövlət kimi tanınmasını dəstəkləyəcəklərini açıqlayıblar. Bu bəyanat uzun illərdir davam edən İsrail-Fələstin münaqişəsində yeni mərhələyə keçidin mümkünlüyünə işarə kimi qiymətləndirilir. Beynəlxalq ictimaiyyətin Fələstin məsələsində artan dəstəyi həm regionda sülh səylərinin güclənməsi, həm də Fələstinin dövlətçiliyinə hüquqi və diplomatik zəminin formalaşdırılması baxımından əhəmiyyətli hesab olunur. Bəs Fələstinin tanınması Yaxın Şərqdə sülh və sabitliyə, eləcə də İsrail-Fələstin münaqişəsinin həllinə necə töhfə verə bilər?

Mövzu ilə bağlı Oxu.Az-a danışan Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu bildirib ki, Fələstinin müstəqil dövlət kimi tanınması BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) sentyabr toplantısında Böyük Britaniya, Fransa və Kanada kimi iri dövlətlər tərəfindən dəstəklənərsə, bu, həm siyasi, həm də hüquqi baxımdan Yaxın Şərqdə mühüm dəyişikliklərə səbəb ola bilər:

"Bu tanınmanın bir neçə əsas təsir istiqaməti var. İlk növbədə vurğulamaq lazımdır ki, Fələstinin daha çox ölkə tərəfindən müstəqil dövlət kimi tanınması onun BMT-də tamhüquqlu üzv olmaq səylərinə legitimlik qazandıracaq. Bu, Fələstinə beynəlxalq hüququn subyekti kimi çıxış etmək imkanı verəcək. Məsələn, Beynəlxalq Cinayət Məhkəməsində (BCM) iddialar qaldırmaq, ya da BMT-nin digər təsisatlarında bərabərhüquqlu iştirak etmək kimi.

Fələstini Fransa, Böyük Britaniya və Kanada kimi aparıcı Qərb dövlətlərinin tanıması İsrailə qarşı siyasi təzyiqin artmasına da təkan verəcək. Çünki bu ölkələr uzun müddət İsrailin əsas tərəfdaşları olublar. Tanınma qərarları İsraili "iki dövlətli həll planı"na qayıtmağa məcbur edə bilər və Fələstin torpaqlarında yeni məskunlaşmaların qarşısını almaq üçün hüquqi və siyasi tədbirləri gücləndirə bilər. Bu qərar həm də "iki dövlətli həll" prinsipini yenidən beynəlxalq müzakirələrin mərkəzinə gətirə bilər. Hətta ABŞ-nin, açıq şəkildə tanımasa belə, bu prosesin qarşısını almaması diplomatik prosesə müsbət təsir göstərər. "İki dövlətli həll", yəni İsrail və Fələstinin sülh və təhlükəsizlik içində yanaşı yaşaması illərdir beynəlxalq ictimaiyyətin hədəfidir".

"Bu addım ərəb dünyasında müsbət qarşılanacaq və Qərb ilə müsəlman ölkələri arasında münasibətlərin müəyyən dərəcədə yumşalmasına səbəb ola bilər. Eyni zamanda, bu qərar İran, Türkiyə və Səudiyyə Ərəbistanı kimi region dövlətlərinin siyasətinə də təsir göstərə bilər. Onlar bu dəstəyi ya gücləndirəcək, ya da yeni vasitəçilik təşəbbüsləri ilə çıxış edəcəklər", - deyə ekspert əlavə edib.

Onun sözlərinə görə, tanınma münaqişəni təkbaşına həll etməz:

"Lakin diplomatik danışıqlara qayıdış üçün yeni əsas yarada bilər və Fələstin rəhbərliyinin beynəlxalq legitimliyini artırar. Bu, eyni zamanda, İsrail daxilində bu prosesə qarşı olan sağ-mərkəzçi qüvvələrin daha da sərtləşməsinə səbəb ola bilər. Burada əsas risk ondan ibarətdir ki, İsrailin bu məsələni birtərəfli addım kimi dəyərləndirib sülh danışıqlarından daha da uzaqlaşması mümkündür".

Müsahibimiz onu da diqqətə çatdırıb ki, Fələstinin tanınması Yaxın Şərqdə siyasi dinamikanı dəyişəcək və beynəlxalq hüququn aliliyini önə çıxaracaq:

"Bu addım, əgər ardınca diplomatik təşəbbüslər, vasitəçilik cəhdləri və konkret sülh planları ilə müşayiət olunarsa, İsrail-Fələstin münaqişəsinin həllinə müsbət töhfə verəcək. Əks halda, bu tanınma simvolik qalmaq riski daşıyır".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Avqust 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see193

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see163

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see150

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see149

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see147

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see146

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see145

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see144

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see144

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see136

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see132

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see132

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see132

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see132

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see130

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri