Icma.az
close
up
RU
Fələstinin müstəqilliyini tanıyacaq ölkələrin sayı artır

Fələstinin müstəqilliyini tanıyacaq ölkələrin sayı artır

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Ərəb ölkələri HƏMAS-ı Qəzza bölgəsini tərk etməyə çağırıb

Hazırda Qəzza bölgəsində vəziyyət dözülməz həddə çatıb. Münaqişə nəticəsində bu bölgə dağılıb, on minlərlə dinc insan həlak olub. Bölgədə humanitar vəziyyət də acınacaqlıdır.  İsrailin bu bölgəyə keçidləri bağlaması nəticəsində artıq Qəzzada insanlar, o cümlədən uşaqlar acından ölür. Belə bir şəraitdə beynəlxalq birliyinin İsrailə təzyiqləri artmaqdadır. Əsas təzyiq vasitəsindən biri isə  Fələstin dövlətinin müstəqilliyini tanımaqdır.  Doğrudur, indiyədək 150-ə yaxın dövlət Fələstinin müstəqilliyini tanıyıb. Lakin hazırda dünyanın bir sıra aparıcı dövlətləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının bəzi daimi üzvləri də bu addımı atmağa hazırlaşırlar.

Britaniya İsrailə şərt irəli sürüb

Xatırladaq ki, bu yaxınlarda Fransa prezidenti Emmanuel Makron  sentyabrda keçiriləcək BMT Baş Assambleyasının sessiyasında Fələstin dövlətçiliyini rəsmən tanıyacağını bəyan edib. Fransanın ardınca Böyük Britaniya da Fələstinin müstəqilliyini tanıya biləcəyini açıqlayıb.  Böyük Britaniyanın Baş naziri Kir Starmerin ofisi məlumat yayıb ki, İsrail humanitar yardımın Qəzza zolağına çatdırılmasına mane olmağa və hərbi əməliyyatları davam etdirəcəyi təqdirdə, London BMT Baş Assambleyasının sentyabr sessiyası ərəfəsində Fələstin dövlətini tanıyacaq. “Biz sülh prosesinin həyata keçirilməsinə sadiqliyimizi qoruyuruq. İsrail hökuməti Qəzzadakı dəhşətli vəziyyəti dayandırmaq və uzunmüddətli, dayanıqlı sülhə nail olmaq istiqamətində ciddi addımlar atmasa, biz sentyabrda, BMT Baş Assambleyasının sessiyasından öncə, Fələstin dövlətini tanıyacağıq”, - deyə bəyanatda vurğulanıb. London dərhal atəşkəsin elan edilməsini, qətliamın dayandırılmasını və eyni zamanda HMAS tərəfindən saxlanılan girovların azad olunmasını tələb edib.

Kanada da müstqil Fələstini tanımaq niyyətindədir

Fələstini tanıyacaq dövlətlər sırasına Kanada da qoşulub. Kanadanın Baş naziri Mark Karni deyib ki, ölkəsi BMT Baş Assambleyasının sentyabrda keçiriləcək 80-ci sessiyasında Fələstini bir dövlət kimi tanımaq niyyətindədir. O, bildirib ki, bunun üçün Fələstin 2026-cı ildə ümumi seçkilər keçirməli, bu seçkilərdə HƏMAS heç bir halda iştirak etməməli və Fələstin demilitarizasiya olunmalıdır. “Kanada Fələstində güclü, demokratik idarəçilik və xalqın daha dinc və ümidli gələcəyi üçün səylərini artıracaq”,-deyə Mark Karni əlavə edib.

Lakin İsrail və ABŞ Fələstini tanıyacağını bəyan edən ölkəəri sərt tənqid edib. İsrail Xarici İşlər Nazirliyi mətbuat xidmətinin məlumatında deyilir: “İsrail Böyük Britaniyanın baş nazirinin bəyanatını rədd edir. Fransanın hərəkətləri və daxili siyasi təzyiqlərdən sonra Britaniya hökumətinin mövqeyinin dəyişməsi indi HƏMAS üçün mükafatdır. Bu, Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı razılığın əldə olunması səylərinə zərər verir”.

ABŞ Prezidenti Donald Tramp isə Kanadanı ticarət sazişi imzalamamala hədələyib. Tramp “Truth Social” sosial şəbəkəsində yazıb: “Kanada Fələstin dövlətini dəstəklədiyini elan edib. Buna görə də onlarla ticarət sazişi bağlamaq bizim üçün çox çətin olacaq”.

Qəzzada 150-dən çox insan acından ölüb?

Bir neçə gün öncə BMT-nin baş qərargahında Qəzza ilə bağlı konfrans keçirilsə də, nəticəsiz başa çatıb. ABŞ və İsrail konfransı boykot edib. Hər iki ölkənin liderləri hazırkı şəraitdə Fələstin dövlətinin yaradılmasının terrora dəstək olduğunu hesab edirlər.

Diplomatiyanın uğursuz olduğu bir şəraitdə isə Qəzzada vəziyyət daha da ağırlaşır. HƏMAS hərəkatı “Telegram” kanalında məlumat verib ki, indiyə qədər 154 fələstinli, o cümlədən 89 uşaq aclıqdan ölüb, yüzlərlə insan səhiyyə sisteminin, demək olar ki, tam çöküşü fonunda hər gün qida çatışmazlığından əziyyət çəkir. Məlumata əsasən, əraziyə ərzaq, dərman və uşaq qidalarının çatdırılmasının dayandırılması nəticəsində 40 min körpə və 60 min hamilə qadın əziyyət çəkir: “Yardımların əksəriyyəti əvvəllər təxliyə edilmiş təhlükəli ərazilərə havadan atılır ki, bu da həmin təchizatları səmərəsiz edir və mülki şəxslərin həyatını təhlükə altına qoyur. Blokadanın aradan qaldırılması və nəzarət-buraxılış məntəqələrinin dərhal açılması Qəzzadakı fəlakəti sona çatdıra biləcək yeganə həlldir”.

Nəzərə alaq ki, bu il martın 2-dən etibarən Qəzza zolağına beynəlxalq humanitar yardım daxil olmur, İsrailin qərarı ilə bütün nəzarət-buraxılış məntəqələri bağlı qalır, ərzağın paylanması isə İsrail və ABŞ tərəfindən idarə olunan Qəzza Humanitar Yardım Fondunun məntəqələri sistemi vasitəsilə həyata keçirilir.

Ərəb ölkələrindən HƏMAS-a çağırış

Ərəb ölkələri isə Nyu-Yorkda BMT-nin himayəsi altında keçirilən İsrail-Fələstin münaqişəsinin “iki dövlət” prinsipi əsasında həllinə dair konfransda HƏMAS radikal qruplaşmasını anklavdakı hakimiyyətdən əl çəkməyə və bütün silahlarını Fələstin Muxtariyyətinə təhvil verməyə çağıran 7 səhifəlik Bəyannaməyə imza atıblar. Onlar bu təşkilatın silahlı dəstələrini Qəzza zolağını tərk etməyə çağırıblar. Fələstin Muxtariyyətinin Baş naziri Məhəmməd Mustafa bu çağırışı forumun tribunasından edib. O, bərpa və müdafiə missiyasında iştirak etmək üçün beynəlxalq qüvvələri regiona dəvət etməyə hazır olduğunu bildirib.

Avropa İttifaqı və Ərəb Liqası tərəfindən də təsdiqlənən Bəyannamənin sentyabr ayına qədər BMT tərəfindən rəsmi şəkildə təsdiqlənməsi gözlənilir. O vaxta qədər başqa ölkələr də ona qoşula bilər. Həmin konfransda 15 Qərb ölkəsindən ibarət qrup dünyanı müstəqil Fələstin dövlətini tanımağa çağırıb. Sənədi imzalayan ölkələr HƏMAS-dan girovların İsrailə qaytarılmasını tələb edirlər. Eyni zamanda, onlar Qəzza zolağında çətin humanitar vəziyyətə işarə edərək, iki ilə yaxındır davam edən döyüşlərə son qoyulması istiqamətində səyləri artırmağa çağırıblar.

N.BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Avqust 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see154

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see137

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri