Netanyahudan Fələstinin müstəqilliyini tanıyanlara: Cavabı gözləyin!
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
İordan çayının qərbində Fələstin dövləti olmayacaq.
Ölkə.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu Kanada, Böyük Britaniya və Avstraliyanın Fələstin dövlətini tanımasına cavab olaraq videomüraciətində deyib.
“Oktyabrın 7-dəki dəhşətli qırğından sonra Fələstin dövlətini tanıyan liderlərə açıq mesajım var: siz terrora böyük mükafat verirsiniz. Sizə daha bir mesajım var: bu baş verməyəcək. İordan çayının qərbində Fələstin dövləti olmayacaq. İllərlə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə böyük təzyiqlərə baxmayaraq, bu dövlətin yaradılmasının qarşısını almışam. Biz bunu qətiyyətlə və siyasi müdrikliklə etdik. Bu vaxt biz İudeya və Samariyada yəhudi məskənlərini ikiqat artırdıq və bu kursu davam etdirəcəyik. Torpaqlarımızın mərkəzində bizə terror dövləti yeritmək cəhdinə cavab ABŞ-dən qayıtdıqdan sonra veriləcək. Gözləyin", - Netanyahu bəyan edib.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 22 Sentyabr 2025 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















