Icma.az
close
up
RU
Avropa ölkələrinin Fələstinin müstəqilliyini tanıması nəyi dəyişəcək?

Avropa ölkələrinin Fələstinin müstəqilliyini tanıması nəyi dəyişəcək?

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

2024-cü ilin mayında Norveç, İspaniya və İrlandiya hökumətləri tərəfindən Fələstin Azadlıq Təşkilatının (FAT) mestəqil dövlət kimi tanınması bu prosesin daha dinamik xarakter kəsb edəcəyi təəssüratını doğursa da, təbii ki, praqmatik deyil, daha çox simvolik mahiyyət kəsb edəcəyi şübhə doğurmadı və bu da səbəbsiz deyil.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Elşən Manafov son günlərdə bir sıra Avropa ölkələrinin Fələstini müstəqil dövlət kimi tanımaq istəmələri münasibətində deyib.

O qeyd edib ki, əvvəla, yuxarıda adları çəkilən dövlətlər qəbul etdikləri bu qərarların hansı amillərdən irəli gəldiklərinə aydınlıq gətirmişdilər. Norveç münaqişə tərəfləri arasında məlum Oslo razılaşmasının moderatoru olaraq bu addımı atmış və sülhün yaradılması istiqamətində siyasətinin bundan sonra da, dönməzliyinə aydınlıq gətirmişdi. İspaniya və İrlandiyaya gəlincə, onların bu qərarları Beynəlxalq Ədalət Məhkəməsinin İsrailin baş naziri Netenyahunu Qəzzada yaşanan hadisələrə görə məsul bilib, onun həbsi barədə qərar çıxarması fonunda qəbul edilmişdi. Butövlukdə isə bu üç ölkə Avropa Birliyi və ABŞ arasında Fələstin məsələsi üzrə əldə edilmiş konvensiyanı pozmuş olduqlarından qəbul edilmiş qərarların praqmatik əhəmiyyət kəsb etməyəcəyi bəlli idi, zira, həmin konvensiyaya görə əvvəlcə münaqişə tərəfləri razılığa gəlməli, İsrail FAT-ı tam müstəqil dövlət kimi tanımalı və yalnız bundan sonra "iki dövlət" layihəsinin reallaşdırılması istiqamətində proseslərə beynəlxalq səviyyədə start verilə bilərdi. İsrail isə FAT-ı 1994-cü ilin Oslo razılaşmalarına görə yalnız legetim idarə orqanı kimi tanıyıb, onun muxtariyyət hüququnu qəbul etsə də, beynəlxalq səviyyədə legitim hərəkət azadlığını qəbul etməyib».

Maraqlıdır ki, FAT hələ 1988-ci ildə özünü müstəqil dövlət elan edib və onun müstəqilliyi indiyədək 140 dövlət tərəfindən tanınıb, bununla belə, BMT də FAT yalnız 2012- ci ildən bəri müşahidəçi statusu ilə təmin edilib, bu isə onun qərarların qəbul olunmasında təmsilçilik hüququn olduğunu, lakin səsvermə hüququnun olmaması deməkdir.

Avropa Birliyi məkanında isə FAT-ın müstəqilliyinin tanınması istiqamətində ilk addım hələ 2014-cü ildə İsveç tərəfindən atılıb və onun müstəqilliyinin tanınması və ya dövlət kimi oturuşması proseslərində ciddi rol oynamayıb və bu da səbəbsiz deyil:

«1933-cü ilin Montovideo konvensiyasına görə (Pan Amerika dövlətləri tərəfindən razılaşdırılb) müstəqil dövlətçilik üçün 4 amilin olması vacibdir, bunlar: daimi əhali, muəyyən ərazilər, beynəlxalq birliklə münasibətlər qurmaq imkanları, müstəqil hökumətdir. Maraqlıdır ki, bu 4 amildən yalnız biri Fələstin məsələsində hələ ki, yetərlidir - müəyyən ərazi, özu də İordan çayının sağ hövzəsinin İsrailin nəzarəti altında olduğu, 2007-ci ildən sonra isə Qəzzada seçkilərin nəticələrinə görə FAT deyil, HƏMAS-ın legetim siyasi hakimiyyət sayıldığı nəzərə alınarsa Fələstin müstəqilliyinin dünya birliyi tərəfindən tanınması əvvəla, İsraillə aparılan danışıqlar, daha sonra isə beynəlxalq güclər arasında əldə edilmiş razılıqlar fonunda baş tuta bilər.

Belə ki, Avropa Birliyinin iki dövlət prinsipini qəbul edib Fələstini tanımasına baxmayaraq ABŞ və Böyuk Britaniya BMT TŞ-nin daimi üzvləri olaraq veto hüquqlarından istifadə edib bunu daim əngəlləyəcəklər, necə ki, indiyə qədər bunu ediblər. Daha sonra BMT TŞ-nin 15 üzvündən azı 9-u bu layihəni dəstəkləməlidir, burada konsensus olsa belə yenə məlum dövlətlərin veto hüququ öz sözunu deyəcək. İsrailin xeyrinə olan amillər də nəzərə alınmalıdır, Təl-Əviv FAT-la bəlli prinsip ətrafında danışıqlara razı olsa da HƏMAS-ı terrorçu təşkilat bilərək onu danışıqlar masası arxasında görmək istəmir, hərçənd Qəzza əhalisinin legitim siyasi qüvvə və hakimiyyət kimi tanıdığı tərəf məhz HƏMAS-dır, ən nəhayət, FAT və HƏMAS arasında qarşıdurma iki dövlət ideyasının gerçəkləşməsinin əleyhinə olan qüvvələrin xeyrinə işləyir.

Ərəb, islam birliyinin Qəzzada yaşanan qətliamın fonunda İsraili yanacaqla təmin etməsi isə göstərir ki, bəlli ideyanın reallığa çevrilməsinin qarşısında əsas hüquqi və siyasi sipər ərəb və islam siyasi elitalarının korpirativ maraqlarıdır».

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 29 Avqust 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see140

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see137

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see133

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see132

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri