Icma.az
close
up
RU
Fen şuy təlimi: Bakıda vəzifə üçün babasının qəbrini dəyişdi, amma...

Fen şuy təlimi: Bakıda vəzifə üçün babasının qəbrini dəyişdi, amma...

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Axar.az Fen-şuy ustası Ülviyyə Məcidovanın Teleqraf-a müsahibəsini təqdim edir:

- Fen-şuy təlimininin mahiyyəti və əsas prinsipləri nələrdir? Bu elm harada və necə yaranıb?

- Təlim Çində yaranıb, fen - külək, şuy - su deməkdir. Təlimdə məqsəd məkanlarda bu enerjinin harmoniyasını təmin etməkdir ki, həyat, sağlamlıq və uğur üçün müsbət təsir yaransın. Enerji dağlarda yaranır və suyun qarşısında dayanır. Su ilə dağın arasındakı məsafədə enerji yüksək olur. Fen-şuy elmdir. O, 3 elm sahəsini ehtiva edir: fizika, coğrafiya və həndəsə. Qədim Çində bu elm yalnız imperatorların və yüksək rütbəli şəxslərin istifadəsində olub. Tang və Di sülalələrinin dövründə geniş tətbiq edilib. Hakim sülalərin şəxsi məsləhətçiləri mövcud idi. Adi insanlar bu biliklərə yiyələnə bilmirdi. Bundan başqa, çinlilər bu elmi çox gizli saxlayır və xarici ölkələrlə paylaşmırdılar.

Ötən əsrin 80-ci illərində avropalıların bu elmi öyrənmək üçün maraq göstərdiyini görəndə, o zamankı Çin rəhbərliyi Fen-şuyu təhrif edən kitabların yazılması barədə göstəriş verdi. Məqsəd o idi ki, avropalılar bu təlimi sınasınlar və görsünlər işləmir, maraqlarını itirsinlər. Lilianto adlı müəllif belə bir yalan bilgilərlə zəngin kitab yazdı. Kitabdakı məlumatların həqiqi Fen-şuy ilə əlaqəsi yox idi və insanlara heç bir təsir göstərmirdi. Əsl Fen-şuy yalnız ustadlardan şagirdlərə ağızdan-ağıza ötürülür...

- Siz özünüz bu təlimi haradan öyrənmisiniz?

- Mən Fen-şuy təlimini Moskvada və Kiyevdə ustadlardan öyrənmişəm. Yan Qon, Vin Leo kimi ustadlardan dərs almışam. Bakıda bu sahənin yeganə mütəxəssisiyəm deyə iddia edə bilərəm.

- Fen-şuy təliminin prinsipləri daha çox inşaat və memarlıq layihələrində tətbiq olunur. Onun konkret təsirləri müşahidə edilirmi?

- Bəli, yaşayış binalarının, iş yerlərinin, obyektlərin harda, necə tikilməli olduğunu Fen-şuy prinsipləriylə müəyyənləşdirsəniz, insanlar həm xoşbəxt və sağlam ömür sürər, həm də yaxşı pul qazanarlar.

Bir də məzarlarla bağlı məqamlar var. Xüsusi qəbir işləri yalnız dövlət başçıları üçün edilir. Sizə bir hadisəni danışım: əslində metafizik düşüncəyə görə, Donald Trampın qismətində ABŞ prezidenti olmaq yox idi. Onun çox güclü Fen-şuy konsultantı vardı. Onun məsləhətiylə Trampın əvvəl atasının və yaxud babasının məzar daşı üzərində dəyişiklik edildi. Həmin dəyişiklikdən sonra bildirildi ki, müəyyən dövrdə Tramp prezident olacaq. Bu barədə hətta “Simpsonlar” cizgi filmində də eyham vurulmuşdu.

Başqa nümunələr də çəkə bilərəm. Bir xanım öz oğlu üçün Fen-şuy məsləhətçisinə müraciət etmişdi. Babasının məzar daşında dəyişiklik etdirərək, övladının yaxşı vəzifəyə keçməsini istəmişdi. Lakin 0,75 dərəcəlik düzgün bucaq seçilməmişdi. Nəticədə vəzifə istəyən oğul dünyasını dəyişmişdi.

Mən özüm qəbirlərlə məşğul olmuram və böyük işlərə müdaxilə etmirəm. Eləcə də uşağın doğulmasına qarışmıram. Bəzən valideynlər istəyirlər ki, övladlarının gözəl taleyi, varlı həyatı olsun. Bunun üçün uşağın doğum saatının seçilməsi tələb olunur. Amma mən buna qarışmıram, çünki bu, yalnız Allahın işidir.

- Bəzən iddia olunur ki, səhər saatlarında doğulan uşaqlar günün digər vaxtlarında - gündüz və ya gecə doğulanlara nisbətən daha xoşbəxt olurlar...

- Xeyr, düzgün deyil. Hər günün özünəməxsus yaxşı və pis vaxtları olur. Saatların da fərqi olur. Məsələn, səhərdən axşama gün ümumilikdə çətin sayılsa da, elə anlar olur, həmin saatda doğulan uşağın taleyi uğurlu alınır.

- Fen-şuy təlimi bunu necə müəyyən edir?

- İnsan taleyi üç əsas faktordan asılıdır: doğum tarixi, Fen-şuy təlimi və insanın düşüncəsi. Bu amillərin hər biri insan taleyinə 33 faiz təsir edir. Ustadların sözlərinə görə, bu üç amildən ikisi insanda mövcuddursa, o, bəxtəvər olur.

Mənim doğum tariximdə ilk iki faktor zəif idi. Əslində, taleyimə görə, 2018-ci ildə xəstəlikdən ölməliydim. 2000-ci ildə Elbrus dağlarına praktika üçün getmişdim. Orada dedilər ki, gənc yaşda ölə bilərsən və bu, başınla bağlı olacaq. Amma Fen-şuy təlimi ilə məşğul olsan, həyatın dəyişər. Mən də məşğul oldum və həyatım dəyişdi.

- Demək, bu təlimə əsasən insanlar taleyini dəyişə bilər?

- Allah hər kəsin taleyini fərqli yazıb. Kimin taleyində nə varsa, onu yaşayacaq. Amma insanın düşüncə səviyyəsi yüksək olanda Allah izn verir ki, o, həyatını dəyişsin. Əgər həyatınızda hamını günahlandırır və düzgün davranmırsınızsa, onda Fen-şuya uyğun yaşaya bilməyəcəksiniz.

- Bəs insana əşyalar və ya başqa canlılar rahatlıq gətirirmi?

- Heç bir əşyanın Fen-şuya birbaşa təsiri yoxdur. Deyirlər ki, fil evə ruzi-bərəkət gətirir. Bu, düzgün deyil, fil sadəcə dekor elementidir. Mənim evim əsas düzgün qurulmuş tavan, podium (səhnə), soba və qapıların istiqamətidir. Məsələn, yataq otağımın qapısının istiqamətini dəyişmişəm.

- Bəs insanın insana təsiri? Mənim romanımda belə bir fikir var: “Ən böyük hadisə insanın insana rast gəlməsidir”…

- Bəli. Hər kəsin doğulduğu vaxtın öz vibrasiyası olur. İş yerində kiminsə enerjisi sizə neqativdirsə, bunu dərhal hiss etməyə bilərsiniz, amma işlərinizdə axsamalar olacaq. Buna görə biz yüksək vəzifəli şəxslərin ətrafını düzgün insanlarla formalaşdırırıq! Onun köməkçisi, sürücüsü, uşaqlarınaın dayəsi, xidmətçisinin doğum tarixini yoxlayırıq. Uyğun gəlirsə, həmin adam yüksəlir.

Roma Papası Fransisk Bakıya gələndə ondan hansı oteldə qalmaq istədiyini soruşmuşdular. O, intuisiyası əsasında bir məşhur oteli seçmişdi. Bu, təsadüfi seçim deyildi, Papanın sövq-təbii hissiyyatının diktəsiydi. Qəribədir ki, sonradan həmin otelin müəyyən hissəsi satıldı və enerji axını kəsildiyindən fəaliyyətini dayandırdı.

Mən konsultasiyaya gələn vəzifəlilərdən onlara ən yaxın altı nəfərin doğum tarixini istəyirəm ki, kimlərlə uyğun və ya uyğunsuz olduğunu müəyyən edim. Çünki hər yeni insan həyatınıza daxil olanda, onun düşərli olub-olmadığını yoxlamaq lazımdır.

Ailə qurmaq istəyən bir xanım vardı. Doğum tarixindən görünürdü ki, kişilər onun həyatına girəndə dünyasını dəyişir. İki dəfə ailə qurmuşdu, hər iki həyat yoldaşı vəfat etmişdi, hətta sevgilisinin də ürəyində problem yaranmışdı. Mən ona dedim ki, münasibəti bitirsin, əks halda o da öləcək.

- Fen-şuya görə cütlüklərin xoşbəxt olmasının düsturu varmı?

- Biz bu dünyaya təsadüfən gəlməmişik. Hər kəsin öz missiyası və sınaqları var. Məsələn, bir xanım vardı, ailə qurmaq istəyirdi, amma onun doğum tarixində görünürdü ki, bütün kişilər ona xəyanət edəcək. Ona dedim ki, sən bunu qəbul etməlisən. Bu kişinin həyatında həmişə başqa qadınlar olacaq. Bu sənin sınağındır, qəbul etməsən, növbəti həyatında da təkrarlanacaq...

- Fen-şuy təlimində enerji axınlarının davamlılığı əsas götürülür. Sizcə, bu anlayış insanın növbəti həyatda doğulması inancına işarə edirmi?

- Əlbəttə. Hər bir insan 999 vibrasiyaya qədər yüksəlməlidir. O biri dünya müxtəlif təbəqələrdən ibarətdir. Ən yüksək təbəqədə peyğəmbərlər, övliyalar məskunlaşır. Adi insanların da oraya çatması mümkündür, amma tək bir həyatla yox... İnsan bir həyatda kasıb, digərində varlı, birində kişi, digərində qadın ola bilər. O öz doğulmalarıyla bütün rolları oynayıb təcrübə toplamalıdır. Həyatınızdakı sınaqları necə keçməyinizə görə növbəti həyatınız müəyyənləşir.

- Bəs şəhər və regionlarımızda ən güclü enerji haradadır?

- Dağla suyun arasındakı ərazilərdə çox güclü enerji var. Şəhər mühitində isə yüksək və aşağı yerlər fərqli enerji mənbələri sayılır. Bakının ən güclü enerjili məkanı Şıxovdur. Ev tikilərkən arxa tərəfi dağa - yəni yüksəkliyə, ön tərəfi isə aşağıya baxmalıdır. Bu prinsip obyektlərdə də tətbiq edilir.

Məsələn, bəzi yerlərdə qadın enerjisi üstünlük təşkil edir. İsveçrədə belə bir təcrübə var: evlərin ön hissəsi dağa baxır və orada enerji sağdan sola istiqamətlənir. Nəticədə həmin ərazilərdə qadının hökmü keçir, onlar yüksək vəzifələrdə çalışırlar.

- Azərbaycanda Fen-şuy təliminə maraq necədir və daha çox kimlər müraciət edir?

- Yüksək rütbəli, vəzifəli şəxslər bu sahə barədə məlumatlıdır və müraciət edirlər. Bütövlükdə daha çox xanımlar maraq göstərir, kişilər adətən inanmırlar. Fen-şuya inam isə əsas deyil. İnanmaya bilərsən, əsas odur əməl edəsən...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://axar.az
archiveBu xəbər 04 Sentyabr 2025 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see273

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see180

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see136

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see123

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see123

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see121

“Ramiz Mehdiyevin qurduğu şəbəkənin bütün üzvləri ifşa olunacaq”

18 Oktyabr 2025 23:45see121

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see120

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri