Icma.az
close
up
RU
Bakıda dövlət qurumlarının rəhbərləri üçün yüksəksəviyyəli “AI Leadership” təlimi keçirilir

Bakıda dövlət qurumlarının rəhbərləri üçün yüksəksəviyyəli “AI Leadership” təlimi keçirilir

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 17 dekabr, AZƏRTAC

Bakıda AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə bir sıra dövlət qurumlarının rəhbər şəxsləri üçün yüksəksəviyyəli “Artificial Intelligence (AI) Leadership” adlı təlim həyata keçirir.

Milli Süni İntellekt Mərkəzindən AZƏRTAC-a bildirilib ki, “Stanford Engineering Center for Global & Online Education”in rəhbəri Karissa Little təlimin açılışında çıxış edərək dövlət idarəçiliyində qərarvermə proseslərinin gücləndirilməsi, eləcə də süni intellektin məsuliyyətli tətbiqinə rəhbərlik edilməsi baxımından süni intellektə əsaslanan liderliyin əhəmiyyətini vurğulayıb.

“Texnoloji imkanlarla yanaşı, insan kapitalının inkişafı süni intellektin tətbiqi ilə bağlı uzunmüddətli transformasiyanın əsas sütunlarından biridir”, - deyə AZCON Holdingin icraçı direktorunun müşaviri Aysel Soltanova qeyd edib. O, idarəetmədə liderliyin inkişafına yönəlmiş təşəbbüslərin dövlət institutlarına süni intellekt texnologiyalarını məsuliyyətli və effektiv şəkildə tətbiq etmək imkanı verdiyini vurğulayıb.

“Stanford Engineering Center for Global & Online Education” tərəfindən həyata keçirilən və iki gün davam edəcək təlimin məqsədi dövlət idarəçiliyində süni intellekt texnologiyalarının tətbiqi üzrə strateji biliklərin artırılması, məlumatyönümlü qərarvermə praktikasının gücləndirilməsi və ölkənin innovasiya ekosisteminin inkişafına institusional dəstəyin genişləndirilməsidir.

Təlim müddətində iştirakçılar süni intellektin idarəetmə proseslərində rolu, tətbiq sahələri, potensial transformasiya imkanları və risklərin idarə olunması ilə bağlı qabaqcıl beynəlxalq yanaşmalarla tanış olurlar.

Bakıya səfər edən Stanford təlimçiləri tədrisi üç əsas strateji istiqamət üzrə – süni intellekt ekosistemi, süni intellektlə güclənən təşkilatlar və təsir üçün süni intellekt innovasiyası mövzularında aparırlar.

Proqramı uğurla başa vuran iştirakçılara “Stanford Engineering Center for Global & Online Education” tərəfindən sertifikatlar təqdim olunacaq.

AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzi Azərbaycanın süni intellekt sahəsində institusional liderliyini gücləndirmək məqsədilə yüksəkixtisaslı kadr hazırlığı, innovativ süni intellekt həllərinin inkişafı və milli əhəmiyyətli tədqiqatların aparılması istiqamətində fəaliyyət göstərir. Mərkəz dövlət qurumları, sənaye və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək ölkənin süni intellekt potensialının inkişafına dəstək verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see280

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see278

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see272

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see237

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see224

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see138

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri