Fənərbağça avtobusuna hücumla bağlı istintaqda 5 nəfər saxlanıldı
Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
11 il əvvəl Trabzonda “Fənərbağça” futbol klubunun avtobusuna edilən hücumla bağlı istintaq çərçivəsində 5 nəfərin saxlanılıb.
Demokrat.az xəbər verir ki, bu barədə ədliyyə naziri Akın Gürlek məlumat yayıb.
Ədliyyə naziri Akın Gürlekin açıqlamasının detalları belədir:
"Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə xalqımızın vicdanında iz buraxan hadisələrin aydınlaşdırılması və ədalətin tam şəkildə təmin olunması üçün işimizi qətiyyətlə davam etdiririk.
2015-ci il aprelin 4-də Trabzonda “Fənərbağça” İdman Klubunun futbol komandasını daşıyan avtobusa edilən silahlı hücum yaddaşlarda qalmaqdadır. Avtobus sürücüsünün ağır yaralandığı, futbolçuların və klub əməkdaşlarının böyük təhlükə ilə üzləşdiyi bu hücum xalqımızın vicdanında yara olaraq qalıb.
Nazirliyimizdə Cinayət İşləri Baş İdarəsinin nəzdində yaratdığımız Açılmamış Cinayətlərin Araşdırılması İdarəsinin fəaliyyəti çərçivəsində iş yenidən nəzərdən keçirilib. Yeni texnoloji imkanlardan və müasir araşdırma üsullarından istifadə edilməklə bütün sübutlar yenidən qiymətləndirilib.
Trabzon Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində həyata keçirilən yeni HTS və baza stansiyası analizlərindən əldə olunan sübut və məlumatlar əsasında Trabzon Vilayət Polis İdarəsi bu səhər 5 şübhəliyə qarşı əməliyyat keçirib. Şübhəlilərin ünvanlarında axtarış və götürmə tədbirləri həyata keçirilib, zəruri hüquqi prosedurlara başlanılıb.
Bu istintaqın yeganə məqsədi 11 il əvvəl törədilmiş bu mənfur hücumun arxasında dayanan şəxs və ya şəxsləri konkret sübutlarla müəyyən etməkdir. Hücum hansı komandaya, hansı idmançıya və ya hansı azarkeş qrupuna qarşı yönəlməsindən asılı olmayaraq, idman sahəsində zorakılığa münasibətimiz qətidir.
Bu fürsətdən istifadə edərək Cinayət İşləri Baş İdarəsinə, xüsusilə Açılmamış Cinayətlərin Araşdırılması İdarəsinə, istintaqı diqqətlə aparan Trabzon Respublika Baş Prokurorluğuna, işdə iştirak edən prokurorlara, Trabzon Vilayət Polis İdarəsinə və prosesə töhfə verən bütün dövlət qulluqçularına təşəkkür edirəm.
Türkiyə futbol ictimaiyyətinin və xalqımızın illərdir cavabını gözlədiyi sualların aydınlaşdırılması üçün prosesi sona qədər izləyəcəyik. Nə hər hansı şəxs və ya qrupun haqsız yerə şübhə altında qalmasına, nə də hər hansı hücumun açılmamış qalmasına imkan verəcəyik".
Jalə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Bu mövzuda digər xəbərlər:11 il əvvəl “Fənərbaxça”nın avtobusuna edilən silahlı hücumla bağlı 5 nəfər tutulub
11 Avqust 2026 10:56
Offsetə qarşı hücumla bağlı bir nəfər saxlanıldı
09 Aprel 2026 01:55
“Fənərbağça”lı üçün 5 “elçi”
07 İyul 2025 12:33
“Fənərbağça”nın azarkeş liderinə sui qəsd hazırlığı: 5 nəfər saxlanılıb FOTO
02 Noyabr 2026 03:22
Fənərbağça Konyaspor oyununda qapılara 5 qol vurulub
13 Yanvar 2025 23:59
Baxış sayı:155
Bu xəbər 11 Avqust 2026 11:00 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları