Fənərbağça nın rəsmisi həbs oluna bilər
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Ötən mövsüm Türkiyə Super Liqasının 37-ci həftəsində keçirilən "Qalatasaray" - "Fənərbağça" (0:1) derbisindən sonra yaşanan hadisələr zamanı Eray Yazqana söyüş söydüyü iddiası ilə "sarı-lacivərdlilər"in İdarə Heyətinin üzvü Selahattin Bakinin mühakimə olunduğu məhkəmə prosesi davam edir. Klub rəsmisi iki müddətinə azadlıqdan məhrum edilmə təhlükəsi ilə üzləşib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, İstanbul 3-cü Ağır Cəza Məhkəməsində keçirilən məhkəmədə iddiaçı Eray Yazqan və tərəflərin vəkilləri iştirak ediblər.
Hakim iş üzrə əskik sənədlərin tamamlanması üçün məhkəməni təxirə salıb.
Xatırladaq ki, menecerlərin futbolçuları təbrik etmək üçün soyunub-geyinmə otaqlarına girmək istədiklərini və daha sonra meydançaya doğru yollandığını bildirən Yazqan, Selahattin Bakinin meydanı tərk edərkən onun ünvanına təhqiramiz ifadələr işlətdiyini iddia etmişdi.
"Fənərbağça" klubunun prezidenti Ali Koçun Bakiyə xəbərdarlıq etdiyini vurğulayan Yazqan, Bakidən şikayətçi olduğunu bildirmişdi.
Qeyd edək ki, iddianamədə Selahattin Bakinin "təhqir" ittihamı ilə 3 ay 15 gündən 2 il 4 aya qədər həbs edilməsi tələb olunur.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 10 Aprel 2025 23:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















