Allah Fənərbağça klubuna kömək olsun Fənərbağça nın prezidenti
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Fənərbağça"nın prezidenti Aziz Yıldırım klubun maliyyə vəziyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Redaktor.az xəbər verir ki, o, may ayından sonra klubun qapısından bir daha içəri girməyəcəyini bildirib.
"May ayından sonra mən olmayacağam, bir daha bu klubun qapısından içəri girməyəcəyəm! Bunun səbəbini də açıqlayacağam. Sizdən xahiş edirəm, klubunuza sahib çıxın", - deyə Yıldırım vurğulayıb.
Aziz Yıldırım onun rəhbərliyi dövründə klubun maliyyə vəziyyətinin fərqli olduğunu qeyd edib:
"Keçən il bunu üzə çıxartdırdım. Deyirlər ki, Aziz Yıldırım 600 milyon borc qoyub gedib. Bilin ki, Aziz Yıldırım olmasaydı, bu günləri görə bilməzdiniz!
Ataşehir və Kayışdağı ərazilərini satdınız. Mən stadion tikdim, siz isə ad hüquqlarını, oturacaqlarını və mövsümlük biletləri satdınız. Buna baxmayaraq, vəziyyəti idarə edə bilmədiniz. Aziz Yıldırım bunların heç birini satmadı!
2018-ci ildə klubdan ayrılarkən cəmi 2 milyon avro borc qoyub getdim. Hesablar buradadır, hamısı əlimdədir".
Yıldırım oktyabrın 22-nə olan maliyyə göstəricilərini də açıqlayıb. Onun sözlərinə görə, kluba 217 milyon avro vəsait daxil olub, xərclər isə 186 milyon 304 min avro təşkil edib. O, klubun kassasında 38 milyon avro olduğunu da iddia edib:
"Allah "Fənərbağça" klubuna kömək olsun, digər klublara da həmçinin. Yəqin ki, hamısının vəziyyəti eynidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 24 Oktyabr 2026 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















