Fənərbağçanın De Bröyneyə vermək istədiyi maaşın məbləği bilindi
Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin "Fənərbağça" klubunun "Mançester Siti"nin 33 yaşlı yarımmüdafiəçisi Kevin De Bröyneyə nə qədər maaş verməyə hazır olduğu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Times" yayıb.
Mənbə "sarı-göylər"in belçikalı ulduza həftəlik 250 min avro ödəməyi planlaşdırdığını vurğulayıb. Xəbərə görə, MS ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq De Bröynenin xidmətində MLS və Səudiyyə Ərəbistanı klubları da maraqlıdır.
Cari mövsüm bütün turnirlərdə 16 matça çıxan Kevin 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 35 milyon avro ilə dəyərləndirir.
Nihat
Baxış sayı:128
Bu xəbər 29 Dekabr 2024 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















