Icma.az
close
up
RU
2200 qar təmizləyən maşın və 25 milyon dollarlıq yardım

2200 qar təmizləyən maşın və 25 milyon dollarlıq yardım

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-ın Nyu-York şəhəri 2026–2027-ci illərin qış mövsümünə genişmiqyaslı hazırlıq görür. 

KONKRET.az xəbər verir ki, noyabrın 9-da şəhərin meri Zohran Mamdani qış aylarında qarla mübarizə, sakinlərin təhlükəsizliyinin təmin edilməsi və kəskin şaxtalar zamanı evsiz insanlara yardım məqsədilə nəzərdə tutulan tədbirlər planını açıqlayıb.

Plana əsasən, şəhər qış mövsümü üçün 500 milyon funt (təxminən 227 min ton) duz ehtiyatı toplayıb. Qar təmizlənməsi üçün 2200-dən çox avtomobil, duz səpilməsi üçün 700-dən artıq xüsusi maşın və 7000 təlim keçmiş əməkdaş hazır vəziyyətə gətirilib. Bundan əlavə, avtobus dayanacaqları və piyada keçidlərinin təmizlənməsi üçün 120 yeni texnika, qorunan velosiped yolları üçün isə 47 xüsusi maşın ayrılıb.

Bu il ilk dəfə avtobus dayanacaqları, səkilər və piyada keçidləri də qar təmizləmə marşrutlarının planlaşdırılmasına daxil edilib. Staten-Aylenddə isə təpəli ərazilərdə qar təmizlənməsi üçün səkkiz yeni marşrut yaradılıb.

Qış hazırlığının digər mühüm istiqaməti kəskin soyuqlar zamanı əhalinin müdafiəsidir. Bu məqsədlə şəhər Code Blue proqramının genişləndirilməsinə əlavə 25 milyon dollar ayırır. Vəsait hesabına küçədə yaşayan insanlara yardım üçün 300-dən çox əməkdaş cəlb olunacaq, 55-ə qədər mobil tibbi briqada və 20 istilik avtobusu fəaliyyət göstərəcək. Həmçinin dörd yeni isinmə məntəqəsi açılacaq və evsiz insanların yerləşdirilməsi üçün təxminən 800 əlavə yataq yeri yaradılacaq.

Şəhər rəhbərliyi mənzillərdə istilik və isti su ilə bağlı şikayətlərə nəzarəti də gücləndirir. Mənzil Tikintisi və İnkişafı Departamenti (HPD) bu qış hər bir müraciəti ayrıca araşdıracaq. Sakinlər istilik problemi ilə qarşılaşdıqda ev sahibinə və ya idarəetmə şirkətinə müraciət edə, nəticə olmadıqda isə 311 xidmətinə şikayət ünvanlaya bilərlər.

Nyu-Yorkda qüvvədə olan qaydalara görə, oktyabrın 1-dən mayın 31-dək davam edən istilik mövsümündə gündüz saatlarında, havanın temperaturu 55°F-dən (təxminən 13°C) aşağı olduqda mənzillərdə temperatur ən azı 68°F (20°C) olmalıdır. Gecə saatlarında isə mənzildə temperatur 62°F-dən (təxminən 16,7°C) aşağı düşməməlidir.

Bununla yanaşı, şəhər qar təmizlənməsi üçün müvəqqəti işçi qəbulunu da genişləndirir. Emergency Snow Shovelers proqramı çərçivəsində saatlıq əməkhaqqı 30 dollardan başlayır. İlk 40 saatlıq iş həftəsindən sonra tətbiq edilən artırılmış tarif isə saatda 45 dollara çata bilər. Artıq 3000-dən çox şəxs proqramda qeydiyyatdan keçib.

Nyu-York sakinlərinə qış mövsümündə fövqəladə hava şəraiti ilə bağlı xəbərdarlıqları izləmək üçün Notify NYC sisteminə qoşulmaq da tövsiyə olunur.

Beləliklə, şəhər rəhbərliyi qarşıdan gələn qışda yalnız yolların və küçələrin təmizlənməsinə deyil, həm də sosial müdafiəyə, evsiz insanların təhlükəsizliyinə və yaşayış binalarında istilik təminatına xüsusi diqqət yetirməyi planlaşdırır.

Natiq Səlim,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Noyabr 2026 07:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri