Fənərbaxça Mourinyoya yeni müqavilə təklif etməyə hazırlaşır
Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
''Reyncers''lə qarşılaşmadan öncə ''1 illik müqaviləm qalsa da, bütün düşüncəm ''Fənərbaxça'' ilə bağlıdı'' deyən Joze Mourinyo ilə bağlı rəhbərliyin yeni planının olduğu üzə çıxıb.
Belə ki, ''Fənərbaxça'' rəhbərliyi yığma fasiləsində ünlü portuqaliyalı mütəxəssisə yeni birillik müqavilə təklif edəcək.
Bir müddət öncə ''Fənər''in basketbol komandasının oyununu izləməyə gedən Mourinyo "hər dəfə basketbol matçlarına gedincə, Yasekyaviçyusun uğurunu da hiss edirəm. ''Fənərbaxça'' böyük bir idman klubudu. Hamımız birləşsək uğur qazanacağıq'' açıqlaması ilə diqqət çəkmişdi.
Başqan Əli Koç onun 2026-da bitəcək müqaviləsini 2027-yə qədər yeniləmək istəyir. Ümumiyyətlə, Koç bu mövsümün yekunlarından asılı olmayaraq 62 yaşlı mütəxəssislə uzun illər çalışmaq niyyətindədi.
Rəhbərlik Mourinyoya yeni müqavilə təklif etməklə onun da motivasiyasını ən yüksək səviyyəyə çatdırmağı planlaşdırır. Elə fanatlar da bu məşqçidən razıdı. Düzdü ilk dövrənin gedişində Mourinyoya ciddi tənqidlər yönəldilirdi. Amma xüsusilə son 3 ayda əldə olunan nəticələrdən sonra Mourinyo bütün camiənin dəstəyini arxasında hiss etməyə başlayıb.
ƏLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 16 Mart 2025 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















