Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

“Fənərbaxça”dan Mourinyoya doğum günü hədiyyəsi

“Fənərbaxça”dan Mourinyoya doğum günü hədiyyəsi

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tur “Samsunspor”un ev qələbəsi ilə start götürdü. “Qaziantep”i evə əliboş yola salan və öz meydanında ardıcıl 3-cü oyunda büdrəməyən Samsun təmsilçisi 3-cü pillədəki mövqeyini möhkəmləndirdi.

Şənbə günü keçirilən qarşılaşmalar da meydan sahibləri üçün uğurlu alındı. “Kayserispor”u 5:2 darmadağın edən “Sivasspor” Ömər Ərdoğanın başçılığı altında 5-ci oyunda ilk qələbəsini qazandı. Matçın ən yaddaqalan epizodu 23-cü dəqiqədə qonaqların heyətində Bahokenin komanda yoldaşı (!) Kardosoya yumruq ataraq qırmızı vərəqə alması oldu.
Alanyada futbolsevərlər əsl “qol yağışı” izlədi. 80-ci dəqiqəyə qədər hesabda öndə olan “İstanbul BŞ” sonda nəinki 3, heç 1 xal da qazana bilmədi. 2022-nin noyabrında baş tutan “Fənərbaxça” – “Fatih Karagümrük” matçından (5:4) bəri ilk dəfə superliqada bir oyuna 9 qol vuruldu. Son iki rəsmi oyunda qələbəyə həsrət qalan və son 11 qarşılaşmada qapısını toxunulmaz saxlaya bilməyən “Qalatasaray” hər iki seriyaya “Konyaspor”la görüşdə son qoydu. Osimhen ilk yarının ortalarında özü qazandığı penaltini qola çevirməklə komandasına mühüm qələbə qazandırdı. Nigeriyalı forvard “Cim-Bom”un heyətində 20-ci rəsmi oyunda 16-cı qolunu vurdu. Muslera rekord qıraraq tarixə düşdüyü oyunu qol buraxmadan başa vursa da, əslində ona çox da iş düşmədi. Çünki “Konyaspor” oyunu “çərçivə”yə zərbə vurmadan tamamladı. “Qalatasaray” bu rəqibə qarşı evdə keçirdiyi 24-cü superliqa oyununda da məğlub olmadı (20 qələbə, 4 heç-heçə). Bu, turnirin yeni rekordudu. Buna qədər Türkiyə çempionatında bir komandanın bir rəqibə qarşı ilk 24 ev oyununda uduzmaması faktına rast gəlinməmişdi.
“Çaykur Rizəspor”un “Adana Dəmirspor”u 3:2 yendiyi qarşılaşmada 17-ci dəqiqədəki epizod böyük müzakirələrə səbəb oldu. Qonaqların vurduğu qol zamanı yan xətt hakimi bayrağını qaldırdı. VAR incələməsindən sonra əvvəlcə qol qeydə alındı. Amma hakim oyunu başlatmaq üçün fitini səsləndirməmiş VAR yenə işə qarışdı. Məlum oldu ki, xətt yanlış çəkilibmiş. Nəticədə 4 dəqiqə çəkən VAR incələmsindən sonra ofsayd qeydə alındı! Ole Qunnar Sulşerin debüt oyununda “Atletik”i darmadağın edəndən sonra Antalyaya böyük ruh yüksəkliyi ilə yollanan “Beşiktaş” belə desək, göydən yerə enməli oldu. Çünki qələbənin davamı gəlmədi. Əmrə Belözoğlunun başçılığı altında ilk ev oyununa çıxan “Antalyaspor” güclü rəqibə layiqincə müqavimət göstərdi. Rafa Silvanın 79-cu dəqiqədə “ağ-qaralar”ı önə keçirməsinə baxmayaraq, qonaqlar qələbə hesabını qoruya bilmədilər.
Antalya təmsilçisi ardıcıl 7-ci mövsümdü “Beşiktaş”ı iki oyunun ən azı birində büdrədir! “Qartal”ın bu rəqibi mövsümün hər iki oyununda məğb etməsinə sonuncu dəfə 2017/18-də rast gəlinib. Oyun hər baxımdan qonaqlar üçün uğursuz alındı. İstanbul nəhəngi 2 xalla yanaşı, cəza üzündən Rafa Silva ilə Əl Musratini, zədə üzündən Svensson ilə Əmirhan Topçunu da itirdi. Debütantların duelində isə “Bodrum”u səfərdə minimal hesabla yenən “Eyüpspor” 4-cü pilləyə yüksəldi.
Günün və turun mərkəzi oyununda “Fənərbaxça” “Göztəpə”ni qəbul etdi. Oyun günü 62-ci doğum gününü qeyd edən Joze Mourinyo cəza üzündən komandanın başında yer ala bilmədi. Çempionluq intriqasının ölməməsi üçün xal itirmək limiti qalmayan “Fənərbaxça” fanatlarını intizarda saxladı. Tura 4-cü pillədə daxil olan “Göztəpə” Kadıköydə fasiləyə minimal üstünlüklə yollandı. Amma “Fənər” 2-ci hissənin ilk 10 dəqiqəsində rəqibi meydandan silib-süpürdü. Qısa müddət ərzində əvvəlcə Ən-Nəsiri dublunu rəsmiləşdirdisə, çox keçmədən Oğuz Aydın möhtəşəm zərbə ilə mövsümün ən gözəl qollarından birini vurdu. İzmir təmsilçisi qalan vaxtda fərqi minimuma endirsə də, ilk dövrədəki qəhrəmanlığını təkrarlaya bilmədi. İlk dövrədəki görüşdə Stonimir Stoylovun komandası 0:2-ni 2:2-yə çevirməyi bacarmışdı.
Beləliklə, superliqada evdəki qələbə seriyasını 6 oyuna yüksəldən “Fənər” “Qalatasaray”la 6 xallıq fərqin artmasına imkan vermədi.
21-ci tur
Qalatasaray – Konyaspor 1:0
Osimhen, 22-p.
Qalatasaray: Muslera, Şallai, Sançes, Abdulkadir Bardakcı, Yakobs (Berkan Kutlu, 70), Torreyra (Nelsson, 90), Kaan Ayhan, Yunus Akgün (Sara, 80), Mertens (Ahmed Kutucu, 71), Barış Alpər Yılmaz (Yelert, 90), Osimhen.
Fənərbaxça - Göztəpə 3:2
Ən-Nəsiri, 46; 53. Oğuz Aydın, 55 – Juan, 25. Miroşi, 82.
Fənərbaxça: İrfan Can Eğribayat, Oğuz Aydın (Osayi-Samuel, 90+3), Ciku, Çağlar Söyüncü, Yusuf Akçiçək (Kostiç, 46), Fred, Amrabat, Şimanski (Mərt Hakan Yandaş, 90+2), Tadiç (Sen-Maksimen, 46), Ən-Nəsiri (Karlos, 88), Ceko.
Antalyaspor – Beşiktaş 1:1
Ərdal Rakip, 85 – Rafa Silva, 79.
Beşiktaş: Mərt Günok, Svensson (Onur Bulut, 46), Əmirhan Topçu (Zaynutdinov, 71), Uduoxay, Masuaku, Əl Musrati, Fernandeş, Raşitsa (Mario, 68), Rafa Silva, Oksleyd-Çemberleyn (Muçi, 57), Semih Kılıçsoy (İmmobile, 57).
Alanyaspor – İstanbul BŞ 5:4
Kordova, 13. Yusuf Özdəmir, 23. Riçard, 80. Auqusto, 82. Hadergonay, 90+1-p. – Dəniz Türüc, 20. Pyontek, 29; 90+7-p. Krespo, 57.
İstanbul BŞ: Muhammed Şengezər, Həmzə Gürələr, Ba, Opoku, Berat Özdəmir (Ömər Əli Şahinər, 87), Krespo, Kemen, Dəniz Türüc (Yusuf Sarı, 75), Davidson (Fiqeyredo, 75), Keni (Calo, 87), Pyontek.
Samsunspor – Qaziantep 2:1
Muandilmaci, 44. Sonər Aydoğdu, 83 – Kodro, 47.
Bodrum – Eyüpspor 0:1
Tayfur Bingöl, 12.
Çaykur Rizəspor – Adana Dəmirspor 3:2
Olavoyin, 30. Sou, 47. Gezzal, 69-p. – Bünyamin Balat, 52. Maestro, 83.
Sivasspor – Kayserispor 5:2
Manay, 5; 90+2. Onurcan Piri, 10-öz qapısına. Rodriges, 45+1. Əmrah Başsan, 77 – Nazon, 46. Boa Morte, 90+1.
Kasımpaşa – Hatayspor 5:4
Hayradinoviç, 30. Kilama, 39-öz qapısına. Kara, 54. Fall, 69. Vink, 76 – Butobba, 15. Sertel, 20. Abubakar, 45+11-p.; 58.
1. Qalatasaray 20 17 3 0 53-22 54
2. Fənərbaxça 20 15 3 2 52-20 48
3. Samsunspor 20 12 4 4 34-19 40
4. Eyüpspor 20 10 6 4 33-19 36
5. Göztəpə 20 10 4 6 40-26 34
6. Beşiktaş 20 8 8 4 29-21 32
7. İstanbul BŞ 20 8 5 7 35-30 29
8. Çaykur Rizəspor 20 8 3 9 22-31 27
9. Qaziantep 20 7 5 8 26-28 26
10. Trabzonspor 19 6 7 6 34-24 25
11. Alanyaspor 20 6 7 7 24-28 25
12. Kasımpaşa 20 5 10 5 32-37 25
13. Sivasspor 20 6 5 9 26-32 23
14. Antalyaspor 20 6 4 10 22-39 22
15. Konyaspor 20 5 6 9 24-32 21
16. Bodrum 20 4 4 12 14-26 16
17. Kayserispor 19 3 7 9 19-39 16
18. Hatayspor 20 1 7 12 21-37 10
19. Adana Dəmirspor (-3) 20 2 2 16 17-45 5
Bombardirlər: Pyontek (İstanbul BŞ) – 15, Banza (Trabzonspor) – 13, Ən-Nəsiri (Fənərbaxça), Osimhen (Qalatasaray) – 12, Tiam (Eyüpspor) – 11.
Turun rəqəmi
429 – Muslera 2011-ci ildə “Qalatasaray”a gələndə onun saysız-hesabsız rekordların müəllifi olacağını, hətta Bülənt Korkmaz kimi əfsanəni belə geridə qoyacağını az adam proqnozlaşdırardı. Çünki Muslera Türkiyəyə heç ulduz statusunda da gəlməmişdi. O, sadəcə, potensiallı qapıçılardan biri idi. Amma bu həftə Muslera 429-cu oyuna çıxdı və məhz Korkmazı (428) geridə qoyaraq klub tarixinin superliqada ən çox forma geyən futbolçusuna çevrildi! Maraq üçün bildirək ki, Türkiyə çempionatı tarixində ən çox oyun keçirən futbolçu 515 qarşılaşma ilə Umut Bulutdu.
Turun ulduzu
Yussef Ən-Nəsiri (Fənərbaxça) – mərakeşli forvard, nəhayət, Türkiyə çempionatı tarixinin ən bahalı transferi olduğunu xatırlayaraq bu statusa uyğun məhsuldarlıq sərgiləməyə başlayıb. Ardıcıl ikinci həftə onu turun ulduzu seçirik. Çünki “Fənər” ardıcıl 2-ci turda məhz onun sayəsində çətin keçən oyunda dönüş yarada bildi. 27 yaşlı futbolçu İstanbul nəhənginin 2025-ci ildə çempionatda vurduğu 12 qolun 7-də yaxından iştirak edib (6 qol, 1 məhsuldar ötürmə). Bu təqvim ilində superliqada heç bir futbolçu belə göstərici ilə öyünə bilməz. Bundan başqa, Ən-Nəsiri superliqada artıq başla 7 qol vurub və bu mövsüm Avropanın ən güclü 10 çempionatında başla ən çox qol vuran futbolçudu!
Turun sitatı
Acun Ilıcalı, “Fənərbaxça”nın vitse-prezidenti:

“Bizim oyundan öncə “Qalatasaray”ın “gözümüz hakimin üzərindədi” tipli açıqlaması oldu. Belə çıxır ki, VAR-da əcnəbinin olması prinsipial əhəmiyyət daşımır? Hakimlərimiz oyundan bir gün öncə yenə də ciddi təzyiq altına salınır. Ona görə də biz artıq mərkəzi oyunlarda baş hakimin də əcnəbi olmasının tərəfdarıyıq. “Qalatasaray”ın da bu ideyanı dəstəkləyəcəyini düşünürəm. Biz təklifimizi irəli sürdük və cavab gözləyirik. Xüsusilə də derbi matçlarında mütləq baş hakimin də əcnəbi olmasını istəyirik”.


Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi:

“İkinci hissədəki oyunumuzu daha çox bəyəndim. Əslində ikinci qolu da vurduq, amma sayılmadı. Nə üçün sayılmadığını anlamadıq. Ofsayd xəttini Əbdülkərimin ayağından çəkdilər. Amma o, topa müdaxilə etmədi. Top Barışa gəldi və o da ofsaydda deyildi. Sona qədər də qolun qeydə alınacağını düşünürdük. Fikrimcə, ekran başında oyunu izləyənlər də belə düşünürdü. Görürük ki, əcnəbi VAR da gətirilsə, problemlər davam edir. Amma bu gün daha çox qol vura bilərdik. Başqa fürsətlərimiz də oldu. İlk yarıda bir qədər zəif oynadıq. Həftəiçi avrokubok matçı keçirməyimiz də özünü göstərdi. Yaxşı müdafiə olunduq. Səhv etmirəmsə, rəqibin “çərçivə”yə bircə zərbəsi də olmadı. Son vaxtlar hər kəs çox qol buraxmağımızdan danışır. Amma gördüyünüz kimi, bu gün qol buraxmadıq. Muslera üçün də önəmli gün oldu. Belə tarixi gecədə həm də qol buraxmadı. Fanatlarımıza da möhtəşəm dəstəklərinə görə təşəkkür edirəm”.


Salvatore Foti, “Fənərbaxça”nın köməkçi məşqçisi:

“Həm əvəzetmələr, həm də istək sayəsində ikinci hissədə oyunu xeyrimizə çevirdik. Kostiç və Sen-Maksimen oyuna yaxşı daxil oldu. Sistem dəyişikliyi də fayda verdi. Komanda şəklində hücumda fəallığı artırdıq. İlk yarıda topu özümüzdə saxlamaqda və rəqib müdafiəsini yarmaqda çətinlik çəkdik. Həm də rəqib də ilk hissədə inamlı təsir bağışladı. “Göztəpə” uğurlu mövsüm keçirir və çətin oyun olacağını bilirdik. Rəqibi yaxşı oynağına görə təbrik edirəm. Eyni zamanda özümüzü də ikinci hissədəki performansımıza görə təbrik edirəm. Unutmayaq ki, biz həftəiçi də oyun keçirmişdik. “Göztəpə” isə həftəboyu bu oyuna hazırlaşmışdı. Mourinyo fasilədə komanda ilə bağlantı quraraq göstərişlərini verdi. Daha istəkli, ikili mübarizələrdə daha fəal olmağımızı tələb etdi. Fanatlarımıza da xüsusi təşəkkür düşür. Bu geridönüşdə onların da əməyi az deyil”.


Ole Qunnar Sulşer, “Beşiktaş”ın baş məşqçisi:

“Rəqib komanda yeni məşqçi ilə ilk ev oyununa çıxmışdı və istəkli oynayacaqlarını, bizə təzyiq göstərəcəklərini bilirdik. Oyunun əvvəlini həm zəif keçirdik, həm də ağır təsir bağışladıq. Sonra üstünlüyü bir qədər ələ keçirsək də, meydanın özümüzə aid hissəsində top itkiləri davam etdi. Bu, bizim üçün yaxşı hal deyildi. Çünki rəqib əks-hücumlarda fürsətlər yaxalayırdı. “Beşiktaş” bu qədər ağır oynamamalıdı. Daha sürətli və irəli oynamalıyıq. Mənim üçün də hələ ki bunlar yeni şeylərdi. Komandanı, oyunçuları, çempionatı tanıma dönəmindəyəm. İkinci hissəni nisbətən yaxşı keçirdik. Önə keçəndən sonra qələbə haqda düşünməyə başladıq. “Beşiktaş” kimi komanda o anda hesabda önə keçəndən sonra oyuna nəzarət etməli və rəqibə fürsət verməməlidi. Təəssüf ki, bunu bacarmadıq və hesab 1:1 oldu. Bizim üçün üzücü sonluq oldu. Atmosferi, fanatları, qısası, nəticədən başqa hər şeyi bəyəndim. Artıq diqqətimizi avrokubok matçına yönəldəcəyik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Fevral 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see558

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see298

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see291

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see217

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see217

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see216

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see216

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see208

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see204

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see203

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see203

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see203

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see201

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see199

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see199

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see197

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see196

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see195

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see195

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri