“Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar Derbidə qalmaqal
Icma.az, Apasport portalına istinadən məlumat verir.
“Fənərbaxça” klubu “Qalatasaray”la keçirilən derbidən sonra rəqib komandanın üzvlərini futbolçularına qarşı fiziki və sözlü hücumlarda ittiham edib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi bununla bağlı rəsmi bəyanat yayıb.
Klubun açıqlamasında Kerem Aktürkoğlu və Matteo Genduziyə qarşı xoşagəlməz hadisələrin baş verdiyi iddia olunub.
“Dünən axşam keçirilən derbi qarşılaşmasında futbolçularımıza qarşı sözlü və fiziki hücumları qətiyyətlə pisləyirik.
Kerem Aktürkoğluna qarşı sözlü hücumla başlayan, “Qalatasaray”ın analiz heyətinin üzvü Serhat Doğanın Matteo Genduziyə hücumu ilə böyüyən və Abdülkerim Bardakçının futbolçumuzun saçını dartması ilə davam edən hadisələr qəbuledilməzdir.
Derbinin rəqabəti və gərginliyi heç kimə futbolçularımıza hücum etmək hüququ vermir. Baş verənlərə sadəcə derbi gərginliyi kimi yanaşmaq olmaz. Rəqib komandanın üzvlərinin davranışları vəziyyəti sakitləşdirmək əvəzinə gərginliyi daha da artırıb.
Türkiyə futbolunun sakitliyə ehtiyac duyduğu bir dövrdə klubumuz məsuliyyətli davranır. Qalib komandanın qonaqpərvərliyinə yaraşmayan bu hərəkətlər cəzasız qalmamalıdır.
Hadisələrdə iştirak edən hər kəsin hərəkətləri hərtərəfli araşdırılmalı, məsul şəxslərə qarşı heç bir ayrı-seçkilik edilmədən lazımi intizam tədbirləri görülməlidir.
Türkiyə futbolunda zorakılığın qarşısını almağın yolu günahkarları cəzasız qoymamaqdır”.
Qeyd edək ki, Türkiyə Super Liqasının IX turunda keçirilən “Qalatasaray” – “Fənərbaxça” qarşılaşması meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“Qalatasaray”a uduzdular, Kartal çempionluqdan danışdı Keyn “Qızıl top”un sahibi oldu - 25 illik həsrətə son qoydu Keyn Londonda mükafatlandırıldı İlin ən yaxşı kollektivi açıqlandı - ARDICIL İKİNCİ DƏFƏ “Lev Yaşin” mükafatının qalibi bəlli olub
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 27 Oktyabr 2026 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















