Icma.az
close
up
RU
Fəqirlikdən milyonçuluğa: həyatı faciə ilə sonlanan xeyriyyəçi Murtuza Muxtarov VİDEO

Fəqirlikdən milyonçuluğa: həyatı faciə ilə sonlanan xeyriyyəçi Murtuza Muxtarov VİDEO

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Var-dövləti, nəcibliyi və xeyirxahlığı ilə bir çox insana ümid və dayaq olub. Yardıma ehtiyacı olanlara əl uzadıb, təhsil almaq arzusunda olanlar üçün məktəblər inşa etdirib, təqaüdlər təsis edib. Uşaqlıq illərində özü yaşaya bilmədiyi səadəti başqalarının yaşamasını arzulayan arabaçı oğlu, milyonçu Murtuza Muxtarov...

Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyevdən sonra milli Azərbaycan burjuaziyasının və neft sənayesinin görkəmli nümayəndəsidir. 

1857-ci ildə Bakının Əmircan kəndində arabaçı ailəsində dünyaya gəlib. Uşaqlıq illərində qardaşı Bala Əhmədlə birlikdə araba karvanı ilə Bakıdan Tiflisə kirayə yük daşıyırmış. 1874-cü ildə arabasını satan Murtuza Balaxanı və Zabrat kəndləri ətrafında salınan mədənlərdən birində fəhləlik etməyə başlayır. Martov adlı bir sahibkar onun iradə və bacarığını görərək Murtuzaya mexaniki alət və cihazların sirlərini öyrədir. Qısa zamanda onu usta təyin edir.

Bir müddətdən sonra sahibkar qocaldığından Zabratdakı qazma avadanlığını, emalatxanasını ona satıb Rusiyaya gedir. 

Muxtarov 1890-cı ildə öz kontorunu "Muxtarov podratı" adlandıraraq onu daha da genişləndirir. Qazma avadanlığını təkmilləşdirərək Abşeronda ilk dəfə olaraq 1100 metrlik quyu qazdırır. Qroznıda və Maykopda kontorunun filialını açır.

Murtuza Muxtarov bizə əzəmətli binalar miras qoyub. Bakı şəhərində, onun ətraf kəndlərində, eləcə də Rusiyanın müxtəlif şəhərlərində və Avropanın bəzi ölkələrində bu günədək qorunub saxlanılan bir çox tikililər onun adı ilə bağlıdır. 1910-cu ildə doğulduğu Əmircan kəndində inşa etdirdiyi məscid isə bu gün də memarlıq üslubu və əzəməti ilə diqqət çəkir.

M.Muxtarovun ilk ailə həyatı çox faciəli olub. O ilk dəfə Qönçənaz adında bir xanımla evlənir, ondan 2 qızı dünyaya gəlir. Murtuza Muxtarov səfərdə olarkən uşaqlar xəstələnir, onlar vaxtında müalicə edilmədiyinə görə qızların hər ikisi xəstəlikdən tələf olurlar. Neft sahibkarı səfərdən qayıdıb bu bədbəxtliyə tab gətirə bilmir və Qönçənazı evdən qovur. 

M.Muxtarov Vladiqafqaza səfəri zamanı orada Liza xanım Tuqanova ilə evlənir. Liza xanım Vladiqafqazlı general Tuqanovun ortancıl qızı olub. Onların aralarında yaş fərqi çox idi və öz övladları olmasa da, bir çox uşaqlara qəyyumluq etmiş, oxudub savad vermişdilər. Aktrisa Fatma Muxtarovanı övladlığa götürüblər.

Azərbaycanın məşhur neft milyonçularından biri olan Murtuza Muxtarovun ölümü də həyatı kimi faciəli və qəhrəmanlıqla sona yetir. 1920-ci ildə XI Qızıl Ordu Bakıya daxil olduqda aprel ayının 15-də Ordunun iki silahlısı bəyin indiki M.Muxtarov küçəsi 6-da yaşadığı Səadət sarayındakı evinin qapısını sındırıb zala daxil olurlar, onun təslim olmasını tələb edirlər. O, bolşeviklərin atla evinə daxil olmasını özünə təhqir hesab edir. Buna dözməyib tüfəngi götürüb 1 gülləni Anasov adlı bir bolşevikə vurub öldürür, 2-ci gülləni isə özünə vurur. Murtuza Muxtarovu Əmircanda tikdirdiyi məscidin həyətində dəfn edirlər. 

Muxtarov Bakının demək olar ki, bütün xeyriyyə cəmiyyətlərində yaxından iştirak edir və maddi köməyini əsirgəmirdi. Bütün bunlar neft milyonçusu kimi tanınan Murtuza Muxtarovun Azərbaycan xalqına göstərdiyi təmənnasız xidmətlərin sadəcə bir hissəsidir. Onun adı bu gün də zəhmətin, xeyirxahlığın və mərdliyin simvolu kimi yaddaşlarda yaşayır.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Oktyabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see265

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see237

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see234

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see227

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see227

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see172

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see167

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see147

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see146

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see146

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see146

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see133

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see129

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see129

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see127

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri