Icma.az
close
up
RU
Fərdi məsuliyyət hissi hələ istənilən səviyyədə formalaşmayıb ŞƏRH EDİLDİ

Fərdi məsuliyyət hissi hələ istənilən səviyyədə formalaşmayıb ŞƏRH EDİLDİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Plastik məmulatlarla bağlı mübarizə istiqamətində müəyyən təbliğat işləri aparılsa da, təəssüf ki, bu hələ də geniş ictimai nəticələr verməyib". Bu sözləri SİA-ya açıqlamasında Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.

Onun sözlərinə görə, əslində, bu sahədə həm dövlət, həm də qeyri-hökumət təşkilatları tərəfindən müxtəlif maarifləndirmə kampaniyaları, layihələr, sosial aksiyalar həyata keçirilir, mediada məlumatlandırıcı materiallar yayımlanır: "Lakin aparılan statistikalara və gündəlik müşahidələrə əsasən demək olar ki, bu cür təşəbbüslər insanların vərdişlərini dəyişdirmək baxımından gözlənilən effekti tam verə bilməyib.

Bu gün də mağaza və marketlərdə polietilen torbaların geniş şəkildə istifadəsinin davam etdiyini görmək mümkündür. Təbii və ya ekoloji cəhətdən zərərsiz torbalara keçidlə bağlı müəyyən təşviqat və tətbiqlər olsa da, bu proses hələlik tam başa çatmayıb. Hökumət tərəfindən torbalara müəyyən qiymət qoyulması bu istiqamətdə müsbət addım sayılsa da, insanlar hələ də bu torbaları almağa və gündəlik həyatlarında istifadəyə davam edirlər. Bu isə onların köklü alternativlərə üstünlük vermədiyini göstərir".

İradə Həsənova bildirir ki, eyni vəziyyət plastik butulkaların istifadəsində də müşahidə olunur. Marketlərdə, ticarət obyektlərində daha çox plastik qablaşdırmada olan içkilər satışdadır. Plastik butulkaların, xüsusilə su qablarının qiymətinin şüşə qablarla müqayisədə daha ucuz olması, insanların bu məhsulları seçməsinə səbəb olur. Beləliklə, qiymət amili də plastik istehlakının artmasında mühüm rol oynayır.

Plastik tullantıların təbiətə təsiri isə artıq ciddi bir ekoloji problemə çevrilib. Zibil qutularında, küçələrdə, çimərliklərdə və digər ictimai yerlərdə çox zaman plastik butulkalar, sintetik qablar, polietilen torbalarla qarşılaşmaq olur. Bu tullantılar təbiətə və canlılara zərər verməklə yanaşı, şəhər estetik görünüşünü də pozur. Əhali arasında bu məsələ ilə bağlı fərdi məsuliyyət hissi hələ istənilən səviyyədə formalaşmayıb.

Bununla mübarizə asan deyil və əlbəttə, nəticə əldə etmək də qısa müddətdə mümkün olmayacaq. Lakin təmiz mühitin qorunması məqsədilə davamlı təmizlik aksiyalarının, təbliğat və maarifləndirmə tədbirlərinin aparılması, eləcə də alternativ məhsulların daha əlçatan və münasib qiymətə təqdim olunması, zamanla istənilən nəticəni verə bilər. Cəmiyyət olaraq bu məsələyə daha ciddi və məsuliyyətli yanaşmaq, hər bir fərdin bu prosesə töhfə verməsi vacibdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Avqust 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see232

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see221

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see130

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see130

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see128

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see125

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

Netanyahu ilə İsrail təhlükəsizlik rəhbəri arasında SAVAŞ BAŞLADI: Kim qalib gələcək? KONKRET

06 Avqust 2025 15:57see117

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see116

Messi mükafatını və cəzasını aldı

06 Avqust 2025 18:29see114

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see112

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see112

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see111

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see111

Ukrayna Energetika Nazirliyi Rusiyanın Azərbaycan qazını tədarük edən GTS obyektinə hücumu barədə məlumat verib

06 Avqust 2025 16:16see110

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri