Icma.az
close
up
RU
Fərdi məsuliyyət hissi hələ istənilən səviyyədə formalaşmayıb ŞƏRH EDİLDİ

Fərdi məsuliyyət hissi hələ istənilən səviyyədə formalaşmayıb ŞƏRH EDİLDİ

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Plastik məmulatlarla bağlı mübarizə istiqamətində müəyyən təbliğat işləri aparılsa da, təəssüf ki, bu hələ də geniş ictimai nəticələr verməyib". Bu sözləri SİA-ya açıqlamasında Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.Onun sözlərinə görə, əslində, bu sahədə həm dövlət, həm də qeyri-hökumət təşkilatları tərəfindən müxtəlif maarifləndirmə kampaniyaları, layihələr, sosial aksiyalar həyata keçirilir, mediada məlumatlandırıcı materiallar yayımlanır: "Lakin aparılan statistikalara və gündəlik müşahidələrə əsasən demək olar ki, bu cür təşəbbüslər insanların vərdişlərini dəyişdirmək baxımından gözlənilən effekti tam verə bilməyib.Bu gün də mağaza və marketlərdə polietilen torbaların geniş şəkildə istifadəsinin davam etdiyini görmək mümkündür. Təbii və ya ekoloji cəhətdən zərərsiz torbalara keçidlə bağlı müəyyən təşviqat və tətbiqlər olsa da, bu proses hələlik tam başa çatmayıb. Hökumət tərəfindən torbalara müəyyən qiymət qoyulması bu istiqamətdə müsbət addım sayılsa da, insanlar hələ də bu torbaları almağa və gündəlik həyatlarında istifadəyə davam edirlər. Bu isə onların köklü alternativlərə üstünlük vermədiyini göstərir".İradə Həsənova bildirir ki, eyni vəziyyət plastik butulkaların istifadəsində də müşahidə olunur. Marketlərdə, ticarət obyektlərində daha çox plastik qablaşdırmada olan içkilər satışdadır. Plastik butulkaların, xüsusilə su qablarının qiymətinin şüşə qablarla müqayisədə daha ucuz olması, insanların bu məhsulları seçməsinə səbəb olur. Beləliklə, qiymət amili də plastik istehlakının artmasında mühüm rol oynayır.Plastik tullantıların təbiətə təsiri isə artıq ciddi bir ekoloji problemə çevrilib. Zibil qutularında, küçələrdə, çimərliklərdə və digər ictimai yerlərdə çox zaman plastik butulkalar, sintetik qablar, polietilen torbalarla qarşılaşmaq olur. Bu tullantılar təbiətə və canlılara zərər verməklə yanaşı, şəhər estetik görünüşünü də pozur. Əhali arasında bu məsələ ilə bağlı fərdi məsuliyyət hissi hələ istənilən səviyyədə formalaşmayıb.Bununla mübarizə asan deyil və əlbəttə, nəticə əldə etmək də qısa müddətdə mümkün olmayacaq. Lakin təmiz mühitin qorunması məqsədilə davamlı təmizlik aksiyalarının, təbliğat və maarifləndirmə tədbirlərinin aparılması, eləcə də alternativ məhsulların daha əlçatan və münasib qiymətə təqdim olunması, zamanla istənilən nəticəni verə bilər. Cəmiyyət olaraq bu məsələyə daha ciddi və məsuliyyətli yanaşmaq, hər bir fərdin bu prosesə töhfə verməsi vacibdir.

Müəllif: Günel Fərzəliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Avqust 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri