Fərhad Vəliyev: Şahruddin uzun müddət yığmadan kənarda qalsa da...
Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
"Düşərgəyə dəvət alan hər üç qapıçı bu gün üçün milliyə layiqdir". Bu sözləri Sport24.az-a açıqlamasında Fərhad Vəliyev bildirib.
Fernandu Santuş qarşıdakı iki oyun üçün Şahrudin Məhəmmədəliyev, Aydın Bayramov, Rza Cəfərovu millinin düşərgıəsinə dəvət edib. Maraqlıdır, görəsən portuqaliyalı mütəxəssis Belarus və Haiti ilə görüşlərdə "çərçivə"də kimə şans verəcək?
"Zirə"nin qapıçılar üzrə məşqçisi, millinin sabiq üzvü bu məsələdə Şahruddinin daha şanslı olduğunu vurğulayıb:
"Hər üç qolkiper qapıda dayanmağa layiqdir. Təbii ki, son qərarı məşqçilər heyəti verəcək. Şahruddin uzun müddət yığmadan kənarda qalsa da, həmkarlarından bir qədər təcrübəlidir. Firimcə, əsas heyətdə Məhəmmədəliyev olacaq".
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi milli martın 22-də Sumqayıtda Haiti, 25-də isə Masazırda Belarus yığması ilə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 15 Mart 2025 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















