Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü
Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.
Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb.
Sportal.az xəbər verir ki, Azərbaycan İdman Akademiyasında keçirilən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Ardınca “Azərbaycan Respublikasının İdman ustası” dərəcəsinə layiq görülmüş şəxslərə müvafiq vəsiqə və döş nişanları təqdim edilib.
Daha sonra beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.
Nazir Fərid Qayıbov çıxışında idmançıların beynəlxalq arenalarda qazandıqları uğurları yüksək qiymətləndirib, idmançıları və onların məşqçilərini təbrik edib.
Bildirib ki, avqust ayı ərzində beynəlxalq yarışlarda Azərbaycan Respublikasının Dövlət Himni 14 ölkədə səsləndirilib.
İdmançılarımız ümumilikdə 63 qızıl, 72 gümüş və 72 bürünc medal qazanıblar.
Görüş zamanı bir sıra idman növlərinin nümayəndələri iştirak etdikləri beynəlxalq yarışlar və əldə etdikləri nəticələr barədə məlumat veriblər.
Sonda nazir Fərid Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük uğurlar və qələbələr arzulayıb.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 02 Sentyabr 2026 23:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















