Icma.az
close
up
RU
Sabah Putin geri çəkiləcək?

Sabah Putin geri çəkiləcək?

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Abu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndələri arasında keçirilən bu günkü görüş başa çatdı. Sabah-noyabrın 11-də görüş davam edəcək. Rusiya nümayəndə heyəti görüşə qatılmazdan əvvəl ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, NATO və Avropa İttifaqının nümayəndələri və Ukrayna nümayəndə heyəti görüşüb müzakirə olunacaq məsələlər ətrafında yekdil rəy formalaşdırıblar. Görüşdən sonra Vitkoff ABŞ, AB və Ukraynanın birgə bəyanatını yayıb və bildirib ki, tərəflər Ukraynanın ərazi bütövlüyünə hörmət etməyin və gələcəkdə əldə ediləcək hər hansı müqavilədə ona etibarlı təhlükəsizlik zəmanətləri verməyin vacibliyini vurğulayıblar. Qeyd edək ki, belə bir koordinasiyalı müzakirə müsbət tendensiyadan xəbər verir və hiss olunur ki, aralıq seçkilərindəki məğlubiyyətdən sonra Tramp indiyədək Ukraynaya qarşı apardığı sərt təzyiq siyasətində korrektələr etməyə məcbur olub. Məhz onun xüsusi nümayəndəsi Vitkoff tərəfindən də birgə bəyanatın səsləndirilməsini Rusiya üçün mesaj kimi dəyərləndirmək olar. Eyni zamanda Trampın xüsusi nümayəndəsi bildirib ki, "iştirakçılar müharibədən sonrakı güclü Avropa təhlükəsizlik arxitekturası və mexanizmlərinin qurulmasına dair ortaq öhdəliklərini bir daha təsdiqləyiblər və güclü NATO-nun Avro-Atlantik kollektiv müdafiəsinin mərkəzi olaraq qalacağını açıq şəkildə bildiriblər". Tramp hakimiyyətə gəldiyi gündən NATO-nun maliyyələşməsini Avropa ölkələrinin üzərinə qoyaraq, təhlükəsizliyə də özlərinin cavabdeh olmasını hər zaman vurğulasa da, ilk dəfə olaraq Avropanın təhlükəsizliyinin güclü NATO-ya bağlı olduğunu bəyan etməklə ABŞ-ni Avropadan ayırmağa çalışan Rusiyanın siyasətinə qarşı olduğunu bildirmiş oldu.

Rusiyanın iştirak etdiyi bu günkü danışıqlar zamanı tərəflər təhlükəsizlik zəmanətlərini, Rusiyanın tələblərini və müharibədən sonrakı gələcək məsələlərini müzakirə ediblər. Sabahkı görüş isə ərazi məsələlərinə, xüsusən də sərhədlərin və demarkasiya xətlərinin dəqiq yerləşməsinə həsr olunacaq. Görüşdən sonra hər kəsi maraqlandıran sual budur: Rusiya sülhə razı olacaqmı? Kürəkən Kuşnerin sözlərinə görə “Putin müəyyən şərtlər əsasında” sülhə razılıq verir. Bu günkü görüşün detalları hər iki ölkənin liderinə məruzə olunandan sonra, yəqin ki, gedişata görə iştirakçılar yeni direktivlər alacaq və sabahkı görüşdə sülh üçün ümidverici addım atıla bilər. Peskov da maraqlı açıqlama ilə çıxış edərək Putinin telefonla Abu-Dabi görüşünə qatıla biləcəyini istisna etməyib.

Aralıq seçkilərini uduzandan sonra Trampdan indiyədək gördüyü dəstəyi ala bilməyəcəyini hiss edən Putin planlarından asanlıqla imtina edə bilərmi? Çətin. Ona görə ki, Putin müharibəni başlayanda yalnız Donbası deyil, bütün Ukraynanı nəzarətə götürməyi, sonra da NATO-nun Rusiya sərhədlərindən geri çəkilməsini həyata keçrməyi planlaşdırırdı. Bu, onun siyasətinin başlıca xətti olub. Müharibənin ilk günlərində də hücum istiqaməti Donbas yox, məhz Kiyev idi. Kiyevə az qala bitişik şəhərlər İrpen və Buçaya daxil olan Rusiya qoşunları qətliam törətdi və yalnız Ukrayna hərbiçilərinin ciddi təzyiqi qarşısında Kiyev ətrafını tərk etməli oldular. Yəni, Zelenskinin dediyi kimi, Donbas tam təhvil verilsə də, Putin bir müddətdən sonra yenidən müharibəyə başlayıb, Ukraynanın qalan ərazisini də işğal etməyə girişəcək.

Müharibədən əvvəl də, 2021-ci ilin dekabrında Kreml lideri NATO-nu zəiflətmək və postsovet, hətta postsosialist ölkələrinin əraziləri üzərindən bütün Avropa təhlükəsizlik sisteminin köklü şəkildə yenidən qurulmasını tələb etmişdi. Həmin vaxt Putin doqquz maddədən ibarət tam müqavilə layihəsini təqdim edərək NATO-ya 27 may 1997-ci ildən sonra Alyansa qoşulan 16 ölkənin ərazisində "hərbi qüvvələr və silahlar" yerləşdirməyi qadağan edirdi. Nəticədə, Polşa, Çexiya, Latviya, Litva və Estoniya faktiki olaraq NATO üzvlüyünün mahiyyətini itirir və artıq müttəfiq olmurlar. Putin yeni Avropa təhlükəsizlik arxitekturasından danışarkən məhz bunu nəzərdə tutur və o, NATO-nu sıradan çıxarmaqla istənilən qonşu ölkəyə hücum etməkdə sərbəstlik verəcək bir sistem yaratmaq istəyir.

Avropa da, o vaxtkı prezident Co Bayden də 2021-ci ilin dekabrında Rusiyanın təklifini birgə rədd etdilər və bundan iki ay sonra dünya Putinin Ukraynaya genişmiqyaslı hücumunun şahidi oldu. Təəssüf ki, ABŞ prezidenti Donald Tramp sələfindən xeyli fərqli olaraq Putinin bütün Avropanı müdafiəsiz bir məkana çevirmək planlarına qarşı çıxmadı. 3 noyabr seçkisindən sonra situasiya Tramp üçün dəyişib və adekvat olaraq Putin üçün də yeni situasiya yaraıb.  

 Bu mənada Tramp artıq sabahkı üçtərəfli sülh danışıqlarını səbirsizliklə gözləyir və biznes təfəkkürünə sadiq qalaraq "böyük bir sövdələşmə"dən, məhz sövdələşmədən danışır. Amma, qeyd etdiyimiz kimi, aralıq seçkilərində ağır məğlubiyyətə uğramasından sonra  Putinin yenidən Rusiya-Sovet imperiyasını qurmaq arzusuna şərait yaratmaq, artıq Trampın qərarından asılı deyil.

İndiki reallıq budur ki, Kreml və Ağ Ev sahibləri Avropanın razılığı olmadan heç bir ikitərəfli razılaşmaya nail ola bilməzlər, o cümlədən Ukrayna məsələsində də. Ona görə ki,  Avropa onu qane etməyən istənilən yeni təhlükəsizlik sistemini bloklamaq üçün kollektiv potensiala malikdir və gələcək təhlükəsizlik razılaşmalarını yalnız Ukraynadakı müharibə bitdikdən sonra müzakirə etmək niyyətindədirlər. Sabahkı görüşə ümid də məhz bu amillə bağlıdır.

İlham İsmayıl

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Noyabr 2026 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri