Icma.az
close
up
RU
Fərid Qayıbov: “Onların uğuru fəaliyyətimizin prioritet məsələsidir”

Fərid Qayıbov: “Onların uğuru fəaliyyətimizin prioritet məsələsidir”

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“İlin ilk yarısını tamamlayan iyun zəngin fəaliyyətlər, fəxr ediləsi uğurlarla tarixə çevrildi”.

İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov iyun ayını dəyərləndirərkən deyib.

O, sayca 46-cı “Nazirin Nöqteyi-Nəzəri”ndə bildirib ki, ölkəmizin 7 şəhərində keçiriləcək III MDB Oyunlarına 3 aydan da az vaxt qalır: “Hazırlıq işlərinin tərkib hissəsi olan Yevlax Olimpiya İdman Kompleksinin tikinti işləri də davam edir. Yevlaxa səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış oldu və müvafiq tapşırıqlar verdi. Dövlətimizin başçısına kompleksdə həyata keçirilmiş işlər barədə məlumat verdim. Ümumiyyətlə, III MDB Oyunlarına hazırlıq plan üzrə davam edir. Oyunların yüksək səviyyədə təşkili üçün aidiyyəti qurumlar koordinasiyalı olaraq fəaliyyət göstərirlər. Həm Baş nazirin müavini Samir Şərifovun sədrliyi ilə Təşkilat Komitəsinin ikinci iclasında, həm də Gənclər və İdman Nazirliyində işçi qrupuna daxil olan federasiya nümayəndələri ilə növbəti iclasımızda Oyunlara hazırlığın əsas istiqamətləri üzrə görülən işlər nəzərdən keçirildi, qarşıda duran vəzifələr konkretləşdirildi və bütün istiqamətlər üzrə görülən işlər barədə hesabatlar dinlənildi, müvafiq tapşırıqlar verildi. Bütün bu hazırlıq işləri Azərbaycanın növbəti dəfə mühüm bir beynəlxalq tədbiri uğurla təşkil edəcəyinə əminlik yaradır. Yeri gəlmişkən, 2025-ci il üçün MDB-nin “İdman Paytaxtı” seçilmiş Gəncədə bu ay sertifikatın təqdimetmə mərasimi keçirildi. Bu münasibətlə bütün Gəncə sakinlərini və idmansevərləri təbrik edirəm”.

Nazir qeyd edib ki, Azərbaycanda ilk dəfə olaraq, UFC döyüş gecəsinin təşkili ayın əlamətdar hadisələrindən olub: “Möhtəşəm tədbirin yüksək səviyyədə təşkili UFC-nin Azərbaycana etimadının təsadüfi olmadığını göstərdi. Bir tərəfdən tədbirin Bakıda yüksək səviyyədə təşkili, azarkeş izdihamı, xarici qonaqların ölkəmizə səfəri, həmçinin UFC kanalları vasitəsilə dünyanın dörd bir yanından on milyonlarla izləyicinin diqqətinin Bakıya yönəlməsi qürur yaşatdısa, digər tərəfdən də idmançılarımızın doğma arenada uğurlu çıxışları azarkeşlərə sevinc hissi bəxş etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən ilin idman yekunlarında idmançılarla görüşdə Böyük Qayıdış məsələsinə toxunaraq idmançıların işğaldan azad edilmiş bölgələrə səfərlərinin vacibliyini qeyd etmişdi. Dövlətimizin başçısının Qarabağ və Şərqi Zəngəzura səfər etmək çağırışına ilk “Qarabağ” futbol klubu qoşuldu. Şuşa, Xankəndi, Ağdam və Füzuli şəhərlərində sakinlərlə keçirilən görüşlər uşaqlar və gənclər üçün qürurverici anlarla yadda qaldı. Bu təşəbbüsə qoşulan “Qarabağ”ın rəhbərliyinə və futbolçularına təşəkkür edirəm və bu addımın ənənəyə çevriləcəyinə, digər idmançılar tərəfindən davam etdiriləcəyinə inanıram”.

Qayıbov ötən ay beynəlxalq yarışlarda fərqlənən idmançılarla bir sıra görüşləri də xatırladıb: “Onlarla bir araya gələrək təəssüratlarını dinlədik və qarşıdakı yarışlarda daha böyük nailiyyətlər arzuladıq. Həmçinin Türkiyə-Azərbaycan Gənclər və İdman Əməkdaşlıq İşçi Qrupunun üzvləri, Vinq Çun ustası Böyük Usta Samuel Kvoku və UNICEF-in Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullah ilə də görüşlərim oldu. Elə bir ay olmur ki, paytaxtımız hər hansı bir beynəlxalq yarışın məkanına çevrilməsin. Bu dəfə akrobatika gimnastikası üzrə Dünya Kubokunun məkanına çevrilən Milli Gimnastika Arenası idmançılarımızın növbəti zəfərlərinə şahidlik etdi. İdmançılarımız iki qızıl və iki gümüş medal qazanmaqla ölkəmizin idman potensialını bir daha dünyaya göstərdilər. Ümumiyyətlə, Azərbaycan idmançıları bu ay müxtəlif beynəlxalq arenalarda tarixi və parlaq nəticələrlə yadda qaldılar. Azərbaycan milli komandası çövkən üzrə Avropa çempionatında tarixi uğura imza ataraq ilk dəfə qitə çempionu oldu. U-15 Avropa çempionatında 2 qızıl, 4 gümüş və 1 bürünc medal qazanan sərbəst güləş üzrə millimiz ikinci dəfə Avropa çempionu oldu. U-17 Avropa çempionatında isə sərbəst güləşçilərimiz 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq ümumi hesabda Avropa çempionu adını qorudular. Yunan-Roma güləşçilərimiz 5 medalla çıxış edərək komanda hesabında üçüncü yeri tutdular. Qızlardan ibarət yığmamız da yarışda 1 bürünc medal qazandı. Cüdo üzrə dünya çempionatında isə idmançılarımız 3 bürünc medal qazanaraq ölkəmizin uğurlar sırasını daha da zənginləşdirdilər. Cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıldı. Bu uğurlar idmançılarımızın gərgin məşqinin və ölkəmizin idmana davamlı dəstəyinin nəticəsidir. Əlamətdar nəticələrlə yanaşı, Bakı daha bir beynəlxalq tədbirə – “Gimnastika hamı üçün” növü üzrə üçüncü “Challenge” festivalına da ev sahibliyi etdi. Rəngarəngliyi və inklüzivliyi ilə seçilən bu festival paytaxtın idman təqviminə xüsusi rəng qatdı. “Ulduz” Futbol Akademiyasının U-11 komandası Bolqarıstanın Albena şəhərində “Golden Sands Cup 2025” beynəlxalq futbol turnirinin qalibi oldu. Qeyd edim ki, Akademiya Nazirliyin təşəbbüsü və dəstəyi ilə bir neçə ildir yaradılıb. 8 yaşdan 15 yaşadək istedadlı uşaqları heyətə cəlb edərək yaradılmış “Ulduz” FA qısa müddətdə ölkə çempionatında və beynəlxalq turnirlərdə uğurlu çıxış edir. Qələbə münasibətilə komandanı və Akademiyanın kollektivini təbrik edirəm”.

Nazir bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin üzgüçülərini bir araya gətirən “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsi də uğurla başa çatıb: “Bakı Su İdmanı Sarayında keçirilən yarışlarda müxtəlif yaş qruplarından olan idmançılar öz bacarıqlarını nümayiş etdirərək layihənin məqsədinə uyğun olaraq üzgüçülüyün kütləviləşdirilməsi və inkişafına töhfə verdilər. Regionlarda idman infrastrukturunun genişləndirilməsi istiqamətində ardıcıl addımlar atılır. Lənkəranda Cənub Regional Boks Mərkəzinin açılışı da ayın ən pozitiv hadisələrindən biri oldu. Yeni mərkəzdə boksçular üçün yüksək standartlara cavab verən şərait yaradılıb. Şamaxı və Göyçayda müasir güləş zallarının istifadəyə verilməsi isə həmin rayonlarda bu idman növünün inkişafına geniş imkanlar yaradacaq. Regionlarda aktiv fəaliyyətə görə federasiyalara dərin təşəkkür edirəm”.

Qayıbovun sözlərinə görə, ölkəmizin beynəlxalq idman qurumlarında təmsil olunması önəmli hadisədir: “Bu il artıq bir neçə federasiyamızın rəhbəri bu etimadı qazanıb. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyevin Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinə üzv seçilməsi növbəti uğur oldu. Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərovun Beynəlxalq Avtomobil Federasiyasının (FIA) ali idarəetmə orqanı olan Senatın üzvü seçilməsi isə ölkəmizin beynəlxalq idman ailəsində mövqeyinin daha da möhkəmləndiyinin bariz nümunəsidir. İnanıram ki, bu seçimlər ölkəmizin beynəlxalq federasiyalarda uğurla təmsil edilməsinə, müvafiq idman növlərinin inkişafına əhəmiyyətli töhfələr verəcək. Əldə olunan bütün nailiyyətlər davamlı və birgə fəaliyyətin nəticəsidir. Qarşıda bizi daha böyük hədəflər və yeni uğurlar gözləyir. Gənclərimizin potensialını üzə çıxarmaq və ölkəmizin idman şöhrətini yüksəltmək üçün səylərimizi davam etdirəcəyik. Çünki hər bir gəncin və idmançının uğuru bizim fəaliyyətimizin prioritet məsələsidir”.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 İyul 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see239

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see194

Ferrari nin rəhbəri ilə anası arasında varislik davası Məhkəmə qərarı nə olacaq?

02 Oktyabr 2025 12:04see183

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see160

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see160

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see142

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see138

Samuxda ər boşanmaq istəyən arvadını başından bıçaqlayıb

02 Oktyabr 2025 07:46see136

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see130

Türkiyəli yutuber “Qarabağ”a görə TRT ni tənqid etdi Video

02 Oktyabr 2025 14:33see130

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see126

Donald Tramp Yaxın Şərqdə sülh planına dəstək verən ölkələrlə bağlı paylaşım edib

02 Oktyabr 2025 08:41see123

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see123

Oktyabrın 3 də havanın temperaturu dəyişəcək

02 Oktyabr 2025 12:35see123

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see122

HƏMAS üçün alternativ yol qalmayıb ŞƏRH

02 Oktyabr 2025 18:33see120

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see119

Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar

03 Oktyabr 2025 03:37see119

I Liqa: Səbail in Şamaxı sınağı, Şəfa MOİK ə qarşı

02 Oktyabr 2025 11:52see118

Polkovnik yeni generaldan yazdı: “Atası...”

02 Oktyabr 2025 18:04see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri