Fərid Qayıbov uğur qazanmış idmançılar və onların məşqçiləri ilə görüşüb FOTO
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gənclər və idman naziri Fərid Qayıbov avqust ayında beynəlxalq yarışlarda uğur qazanmış idmançılar və onların məşqçiləri ilə görüşüb.
İdman.biz xəbər verir ki, Bakı Gənclər Mərkəzində keçirilən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Nazir Fərid Qayıbov idmançılarımızın beynəlxalq arenadakı nailiyyətlərini yüksək dəyərləndirib və ay ərzində Dövlət Himnimizin 8 ölkədə səsləndiyini vurğulayıb. Bu müddətdə qazanılan 25 qızıl, 25 gümüş və 33 bürünc medal münasibətilə idmançıları və məşqçiləri təbrik edib.
Görüşdə son bir ayda əldə olunan uğurları əks etdirən videoçarx nümayiş olunub. Daha sonra bir sıra idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və nəticələri barədə məlumat veriblər.
Sonda nazir Fərid Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük uğurlar arzulayıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 02 Sentyabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















