Fərid Qayıbov yarışlarda uğur qazanan idmançılar və onların məşqçiləri ilə görüşüb
Icma.az xəbər verir, Cbcsport saytına əsaslanaraq.
Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, eləcə də nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.
Azərbaycan İdman Akademiyasında təşkil edilən görüş Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb.
Ardınca çıxış edən nazir Fərid Qayıbov idmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətləri yüksək qiymətləndirib, onlara uğurlar arzulayıb.
Ağırlıqqaldırma, boks, batut gimnastikası, akrobatika gimnastikası, kişi idman gimnastikası, cüdo, sərbəst güləş, qadın güləşi, yunan-Roma güləşi, üzgüçülük, kanoe, sambo, savat assault, parataekvondo, ciu-citsu, kuraş, alış və qoreş idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər.
Tədbirdə həmçinin idmançıların hazırlıq prosesində əməyi olan məşqçilər də çıxış edərək, idman növləri və komandaların uğurları haqqında danışıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 06 May 2025 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















