Fərid Qayıbov Regionlararası Afrika Nazirlər Toplantısında iştirak edib
Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransının (COP9) növbəti Bürosunun vitse-prezidenti olaraq Qambiyanın paytaxtı Banjulda keçirilən Regionlararası Afrika Nazirlər Toplantısında iştirak edib.
Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, F.Qayıbov həmçinin müvafiq yüksək səviyyəli paneldə çıxış edərək regionlararası əməkdaşlığın gücləndirilməsində idman idarəçiliyinin və dövlət dəstəyinin əhəmiyyətindən danışıb.
Tədbir iştirakçılarını Qambiya Prezidenti Adama Barrou qəbul edib. Nazir həmçinin Qambiyanın gənclər və idman naziri Bakar Bodji ilə də ikitərəfli görüş keçirib. Görüşdə iki ölkə arasında gənclər və idman sahəsində imzalanmış anlaşma memorandumunun icrası çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Baxış sayı:76
Bu xəbər 22 Yanvar 2025 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















