Fərid Qayıbov Serbiyanın idman naziri ilə görüşüb
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 3 may, AZƏRTAC
Mayın 3-də Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ilə Serbiyanın idman naziri Zoran Qayiç arasında ikitərəfli görüş keçirilib.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, görüş Bakı-Belqrad birbaşa aviareyslərinin açılması çərçivəsində Serbiya nümayəndə heyətinin Azərbaycana səfəri zamanı reallaşıb.
Görüş zamanı iki ölkə arasında idman sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Həmçinin qarşılıqlı təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və beynəlxalq yarışlarda əməkdaşlıq imkanları müzakirə olunub.
Baxış sayı:133
Bu xəbər 03 May 2026 23:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















