Fərid Qayıbov Sven Albert ilə Xüsusi Olimpiya hərəkatının inkişafını müzakirə edib
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gənclər və idman naziri Fərid Qayıbov Sven Albertlə Xüsusi Olimpiya hərəkatının inkişafını müzakirə edib.
Bu barədə SİA-ya Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Nazir Bakıda keçirilən Xüsusi Olimpiya Avropa Badminton Turniri ilə əlaqədar ölkəmizdə səfərdə olan Xüsusi Olimpiya Avropa-Avrasiya (SOEE) regionunun Regional Prezidenti və İdarəedici direktoru Sven Albert və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı Azərbaycanda inklüziv idmanın və Xüsusi Olimpiya hərəkatının inkişafı, Bakıda keçirilən Xüsusi Olimpiya Avropa Badminton Turnirinin təşkili və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Görüşdə Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov, milli direktoru Rövşən Məmmədov, Beynəlxalq Xüsusi Olimpiya təşkilatının idman və yarışlar üzrə baş direktoru Lou Lauria, Xüsusi Olimpiya Avropa-Avrasiya Regional Ofisinin Təşkilati inkişaf üzrə baş direktoru Kşiştof Krukovski iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 19 Noyabr 2026 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















